Parisdə 21-ci BMT iqlim dəyişikliyi konfransı işə başlayıb

147 ölkə liderlərinin iştirak edəcəyi toplantı 15 gün davam edəcək.

395593
Parisdə 21-ci BMT iqlim dəyişikliyi konfransı işə başlayıb

147 ölkə liderlərinin iştirak edəcəyi toplantı 15 gün davam edəcək.
ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin, Çin dövlət başçısı Si Cin Pin, Almaniya kansleri Angela Merkel və İngiltərə baş naziri Devid Kemeronun iştirak edəcəyi konfransda Türkiyəni dövlət başçısı Rəcəp Tayyib Ərdoğan təmsil edəcək.
İqlim dǝyişikliyi üzrǝ konfransda qlobal istilǝşmǝnin qarşısının alınmasına dair yeni bir beynəlxalq müqavilənin imzalanması gözlənilir.
Fransa 196 ölkədən 20 mindən artıq iştirakçını qarşılayacaq.
3 minə yaxın jurnalistin izləyəcəyi konfrans Parisdən kənarda “Bourget” hərbi hava limanı yaxınlığında 18 hektarlıq bir yerdə inşa olunan ərazidə keçiriləcək.
Fransa Paris hücumlarından sonra konfransın keçirildiyi yerdə təhlükəsizlik tədbirlərini ən yüksək səviyyədə təşkil edib.
Bütün liderlər konfrans sahəsi yaxınlıqındakı hərbi hava limanına enəcək.
Konfransdan əvvəl isə İqlim dəyişikliyi üzrə nümayişlər təşkil olunub.
Gözyaşardıcı qazdan istifadə edən polis yüzədək nümayişçini saxlayıb.
Xatırladaq ki, Parisdə törədilən terror aktlarından sonra üç ay ərzində fövqəladə vəziyyət elan olunub və nümayiş keçirmək qadağan edilib.
175 ölkədə təşkil olunan nümayişlərdə liderlərdən Paris zirvəsində qlobal istiləşməni dayandırmaq üçün yeni bir müqavilə imzalamaları istənilib.
Terror hadisələrinə görə, nümayişlərin qadağa olunduğu Paris və Brüseldə belə xalq küçələrə axışıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr