"Rusiya Suriyada DEAŞ ilǝ mübarizǝ aparmır", R.T Әrdoğan

Әrdoğan Rusiya ilǝ Türkiyǝ arasındakı ǝlaqǝlǝr stratejik olduğuna görǝ bu vǝziyyǝtin özünü mütǝǝssir etdiyini bildirib.

355573
"Rusiya Suriyada DEAŞ ilǝ mübarizǝ aparmır", R.T Әrdoğan

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Türkiyǝnin hava mǝkanını tapdalayan Rusiyaya mǝxsus döyüş tǝyyarǝsinin düşürülmǝsilǝ bağlı üzr istǝmǝsi lazım olan tǝrǝfin onlar deyil, hava mǝkanını pozanlar olduğunu söylǝyib.
Әrdoğan “CNN İnternational” televiziya kanalında jurnalist Beck Andersonun suallarına cavab verǝrǝk deyib ki, 5 dǝqiqǝ ǝrzindǝ 10 dǝfǝ xǝbǝrdarlıq edildiyi vǝ cavab alına bilmǝdiyi sǝs qeydlǝrindǝ dǝ var. Xǝbǝrdarlıqlara baxmayaraq Türkiyǝnin hava mǝkanından içǝriyǝ girdiyi radar da mövcutdur. Bunlar dünyaya göstǝrildi.
Rusiya ilǝ Türkiyǝ arasındakı ǝlaqǝlǝr stratejik olduğuna görǝ bu vǝziyyǝtin özünü mütǝǝssir etdiyini bildirǝn Әrdoğan, çoxlu sayda ölkǝnin Rusiyaya sanksiyalar tǝtbiq etdiyi bir vaxtda Türkiyǝnin hǝr növ ǝrzaq göndǝrdiyini deyib.
Әrdoğan Rusiyanın Suriyada DEAŞ ilǝ mübarizǝ aparmadığını, bunun ǝksinǝ mülayim müxalifǝti vurduğunu qeyd edib.
Rusiyanın DEAŞ-ın neftini Türkiyǝnin satın aldığı barǝdǝki çirkin açıqlamasına da toxunan Dövlǝt başçısı bildirib ki, bu, bizǝ qarşı böyük bir hörmǝtsizlikdir. Heç kǝs bizi ittiham edǝ bilmǝz ki. DEAŞ-dan neft alırsınız. Bunlar qaçaqmalçılardır, biz bunları yaxalayırıq vǝ müsadirǝ edirik. Hadisǝnin ǝsası budur.
Әrdoğan hadisǝnin yarandığı gün Rusiya tǝrǝfilǝ görüş tǝlǝb etdiklǝrini vǝ hǝlǝ cavab almadıqlarını da bildirib.
Dövlǝt başçısı Әrdoğan Fransanın “France 24” televiziya kanalına verdiyi müsahibǝdǝ isǝ deyib ki, bunu bir savaş sǝbǝbi olaraq saymaq qeyri-mümkündür. Bütün beynǝlxalq ictimaiyyǝtdǝ tǝhlükǝlǝrǝ cavab qaydalarının avomat olaraq işǝ daxil olmasının nǝticǝsidir.
Әrdoğan Rusiya vǝ İranın Suriyada rejimlǝ birgǝ hǝrǝkǝt etdiyini, hǝr sahǝdǝ dǝstǝk verdiklǝrini, lakin DEAŞ-a qarşı mübarizǝ aparmadıqlarını söylǝyib.
Dövlǝt başçısı qaçqınlar üçün Avropa İttifaqının yardımı ilǝ ǝlaqǝli olaraq da deyib ki, bu mövzuda mǝsuliyyǝt bölüşülmǝlidir. Suriya tǝrǝfindǝ terrordan tǝmizlǝnmiş tǝhlükǝsiz bir bölgǝyǝ şübhǝ ilǝ yanaşılmamalıdır. Bu bölgǝyǝ şübhǝ ilǝ yanaşsanız onda Türkiyǝ nǝ etmǝlidir, hǝlǝ nǝ qǝdǝr qaçqını ölkǝmizǝ qǝbul edǝcǝyik?


Etiketlәr:

Әlaqәli Xәbәrlәr