NATO Türkiyǝnin müdafiǝsini güclǝndirǝcǝk

Suriya sǝrhǝdindǝ Rusiyaya mǝxsus döyüş tǝyyarǝsinin düşürülmǝsindǝn sonra NATO növbǝdǝn kǝnar toplantı tǝşkil edib.

421971
NATO Türkiyǝnin müdafiǝsini güclǝndirǝcǝk

Türkiyǝnin NATO-dakı daimi nümayǝndǝsi Mehmet Fateh Ceylan Alyansın Türkiyǝnin müdafiǝsini güclǝndirmǝk vǝ bir sıra tǝdbirlǝr görmǝk mǝqsǝdi ilǝ yeni addımlar atmağa hazırlaşdığını bildirib.
Suriya sǝrhǝdindǝ Rusiyaya mǝxsus döyüş tǝyyarǝsinin düşürülmǝsindǝn sonra NATO növbǝdǝn kǝnar toplantı tǝşkil edib.
Türkiyǝnin NATO-dakı daimi nümayǝndǝsi Mehmet Fateh Ceylan toplantı haqqında vǝ bundan sonra atılacaq möhtǝmǝl addımlara dair TRT-yǝ açıqlama verib.
Baş verǝn son hadisǝnin Rusiyanın ilk pozuntusu olmadığını xatırladan Ceylan deyib ki, iki dǝfǝ hava mǝkanımız pozuldu. Şǝrqi Aralıq dǝnizindǝ gǝmilǝrimiz bir neçǝ dǝfǝ narahat edildi.
Mehmet Ceylan Rusiyanın Türkiyǝnin diplomatik sahǝdǝ narahatlığını çatdırmasına baxmayaraq mövqeyindǝ dǝyişiklik etmǝmǝsini tǝnqid edib.
Nümayǝndǝ bildirib ki, Rusiya bu pozuntulara görǝ daha ǝvvǝl üzr istǝyib. Türkiyǝ belǝ bir vǝziyyǝt yaranacağı tǝqdirdǝ lazım gǝlǝn addımların atılacağına dair Rusiyaya xǝbǝrdarlıq etdi, ancaq Türkiyǝnin hava mǝkanı bir yox dörd dǝfǝ pozuldu. Bu da Rusiyanın daha öncǝ verdiyi sözlǝrlǝ üst-üstǝ düşmür.
Rusiyanın “Suriyada DEAŞ terror tǝşkilatı ilǝ mübarizǝ aparma” iddialarının inandırıcı olmadığını da vurğulayan Ceylan onu da qeyd edib ki, Rusiyanın bombaladığı bölgǝ Türkmǝn qardaşlarımızın yaşadığı bölgǝdir. Orada DEAŞ yoxdur. Maraqlıdır ki, DEAŞ-ın olmadığı yerdǝ nǝ üçün ǝmǝliyyat hǝyata keçirilir.
NATO-ya üzv ölkǝlǝrin xarici işlǝr nazirlǝrinin 1-2 dekabr tarixlǝrindǝ keçirǝcǝklǝri yığıncaqda da Türkiyǝnin müdafiǝ sistemini güclǝndirǝcǝk yeni tǝdbir planının tǝsdiq edilmǝsi gözlǝnilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr