"NATO müttǝfiqimiz Türkiyǝnin yanındayıq", M.Toner

Suriya sǝrhǝdindǝ düşürülǝn Rusiyaya mǝxsus döyüş tǝyyarǝsilǝ ǝlaqǝli ABŞ-ın Türkiyǝni dǝstǝklǝdiyinǝ dair açıqlamalar yayılmaqda davam edir.

368443
"NATO müttǝfiqimiz Türkiyǝnin yanındayıq", M.Toner

Suriya sǝrhǝdindǝ düşürülǝn Rusiyaya mǝxsus döyüş tǝyyarǝsilǝ ǝlaqǝli ABŞ-ın Türkiyǝni dǝstǝklǝdiyinǝ dair açıqlamalar yayılmaqda davam edir.
Hǝm ABŞ Dövlǝt Departamenti hǝm dǝ Müdafiǝ Nazirliyi açıqlamalarında Türkiyǝnin özünü qoruma hüququnun olduğunu vurğulayıb.
ABŞ Dövlǝt Departamentinin sözcüsü Mark Toner prezident Obamanın Türkiyǝnin öz hava mǝkanını müdafiǝ hüququ olduğuna dair açıqlamasını xatırladaraq bildirib ki, NATO müttǝfiqimiz Türkiyǝnin yanındayıq. Rusiya Türkiyǝ sǝrhǝdinǝ çox yaxın bir bölgǝdǝ suriyalı mülayim müxalifǝti hǝdǝfǝ götürür. Rusiyanın sǝrhǝddǝki ǝmǝliyyatları belǝ nǝticǝlǝrǝ sǝbǝb ola bilǝr.
Toner gǝrginliyin azaldılmasının vacibliyinǝ dǝ diqqǝt çǝkib.
Türkiyǝnin özünü müdafiǝ haqqının olduğuna dair bir açıqlamanı da ABŞ Müdafiǝ Nazirliyi Pentaqon verib.
Türkiyǝnin NATO müttǝfiqi olduğunu vurğulayan sözcü Peter Kok sözü gedǝn hava mǝkanının da NATO-nun olduğunu dilǝ gǝtirib.
Kok Türkiyǝnin daha öncǝ baş verǝn oxşar hava mǝkanı pozuntularındakı narahatlıqlarını Vaşinqton idarǝsinin dǝ yaşadığını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr