Davudoğlu Suriyadakı Bayırbucaq Türkmǝnlǝrinǝ yönǝldilmiş hücumu

Baş nazir Әhmǝd Davudoğlu Suriyadakı Bayırbucaq Türkmǝnlǝrinǝ yönǝldilmiş hücumu qınayıb.

419824
Davudoğlu Suriyadakı Bayırbucaq Türkmǝnlǝrinǝ yönǝldilmiş hücumu

Baş nazir Әhmǝd Davudoğlu Suriyadakı Bayırbucaq Türkmǝnlǝrinǝ yönǝldilmiş hücumu qınayıb.
Hücuma rus döyüş tǝyyarǝlǝrinin dǝ qatıldığı mǝlumatı qarşısında Ankaradakı Rusiya sǝfiri Andrey Karlovun Xarici İşlǝr Nazirliyinǝ çağırıldığını bildirǝn Davudoğlu deyib ki, Rusiyanın hǝrbi bir varlığı DEAŞ-a qarşı mübarizǝ aparacaqsa bunu DEAŞ-a qarşı aparmalıdır. Lakin Türkiyǝnin sǝrhǝdlǝrindǝ, mülki ǝhaliyǝ qarşı qǝtliam xüsusiyyǝti daşıyan vǝ mǝrmili bombaları da atacaq şǝkildǝ ǝgǝr dinc ǝhalini Türkiyǝyǝ istiqamǝtlǝndirǝcǝk vǝ yeni bir qaçqın axını ortaya çıxarsa, bundan hǝmin mǝsǝlǝdǝ dayağı olan kǝr kǝs mǝsuldur.
“Terrora qarşı mübarizǝ aparırıq iddiası ilǝ Suriyadakı Türkmǝn, Әrǝb vǝ Kürdlǝrǝ istiqamǝtli qǝtliamları heç kǝs qanuni göstǝrǝ bilmǝz. Tamamilǝ dinc ǝhaliyǝ qarşı son hücumlar belǝ Suriya rejiminin nǝ qǝdǝr qanlı vǝ barbar olduğunu ortaya çıxardı”-deyǝ Davudoğlu vurğulayıb.
Xarici İşlǝr Nazirliyinin sözçüsü Tanju Bilgiç Rusiyanın Ankaradakı sǝfirinin Nazirliyǝ çağırılaraq Rusiya tǝrǝfinin ǝmǝliyyatlarının terrorla mübarizǝ yox, dinc Türkmǝn kǝndlǝrini bombalamaq olduğu vǝ bunun ciddi nǝticǝlǝrǝ aparıb çıxara bilǝcǝyi vurğulanıb, Rusiyadan bu ǝmǝliyyata tǝcili son qoyması istǝnib.
Bu arada Suriyada Әsǝd rejiminin Rusiyanın da dǝstǝyilǝ Lazkiyǝ ǝrazilǝrindǝki Bayırbucak Türkmǝn bölgǝsinǝ istiqamǝtli hücumları, Gimam kǝndi vǝ ǝtrafında davam edir.
Yerli mǝnbǝlǝr toqquşmalarda iki tǝrǝfdǝn dǝ ölǝnlǝr vǝ yaralananlar olduğunu bildiriblǝr.
Suriya Türkmǝn Mǝclisi sǝdri Әbdürrǝhman Mustafa da Türkmǝnlǝrin ǝlindǝki son qala olan Bayırbucak bölgǝsinǝ Rusiyanın havadan Әsǝd qüvvǝlǝrinin isǝ quruda başlatdığı hücumların xüsusilǝ son 10 gündǝ daha şiddǝtlǝndiyini ifadǝ edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr