Liderlǝr şam yemǝyindǝ bir araya gǝldilǝr

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğanın ev sahibliyindǝ keçirilǝn G20 Sammitindǝ liderlǝr şam yemǝyindǝ bir araya gǝlib.

417503
Liderlǝr şam yemǝyindǝ bir araya gǝldilǝr

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğanın ev sahibliyindǝ keçirilǝn G20 Sammitindǝ liderlǝr şam yemǝyindǝ bir araya gǝlib.
Mǝtbuata qapalı keçirilǝn “Qlobal Sınaqlar: Terrorizm vǝ Qaçqın Böhranı” başlıqlı iş yemǝyi 3 saata yaxın davam edib.
Әldǝ edilǝn mǝlumata ǝsasǝn, çıxışlarda Parisdǝki hücumların terrorun qlobal bir mǝsǝlǝ olduğunu açıq şǝkildǝ ortaya qoyduğu bildirilib.
Dövlǝt başısı Әrdoğan da iş yemǝyi zamanı etdiyi çıxışda 1970-ci illǝrdǝn bǝridir terror hücumlarına mǝruz qalan Türkiyǝnin terrorun hǝr növünǝ qarşı olduğunu vǝ terrorla mübarizǝ mövzusunda qǝti qǝrarını davam etdirdiyini vurğulayıb.
Türkiyǝnin böhranın hökm sürdüyü bölgǝlǝrdǝn Suriya ilǝ 911 km, İraq ilǝ 384 km uzunluğunda bir sǝrhǝdi olduğuna diqqǝt çǝkǝn Әrdoğan, müttǝfiq ölkǝlǝr arasındakı ǝmǝkdaşlıq, mǝlumat vǝ kǝşfiyyatın bölüşülmǝsinin daha da güclǝndirilmǝsinin vacibliyini dilǝ gǝtirib.
Dövlǝt başçısı PKK, PYD vǝ DEAŞ kimi tǝşkilatların hǝr birinin ayrı ayrı terror tǝşkilatı olduğunu xatırladaraq, bunların bir-biri ilǝ mübarizǝ etmǝlǝrinin terror tǝşkilatı olduqları hǝqiqǝtini dǝyişdirmǝyǝcǝyini söylǝyib.
Dövlǝt vǝ hökumǝt rǝhbǝrlǝri mövzuya dair etdiklǝri çıxışlarda İslam vǝ terrorun bir arada çǝkilmǝmǝsinin vacibliyinǝ toxunarkǝn, Dövlǝt başçısı Әrdoğan da bu mövzuda İslam ölkǝlǝrindǝki siyasi liderlǝrin üzǝrinǝ böyük vǝzifǝ düşdüyünü qeyd edib.
Qaçqın-mǝcburi köçkün mǝsǝlǝsilǝ ǝlaqǝli olaraq da beynǝlxalq ictimaiyyǝtin nǝticǝlǝrlǝ mǝşğul olarkǝn sǝbǝblǝri gözdǝn yayındırmamasının vacibliyinǝ toxunulub.
Mǝsuliyyǝt vǝ yükün bölüşülmǝsi ǝsası çǝrçivǝsindǝ problemlǝrin ǝsas sǝbǝblǝrini ortadan qaldıracaq hǝll yolları tapılmasının ǝhǝmiyyǝt kǝsb etdiyi bildirilib.
Dövlǝt başçısı Әrdoğan, Türkiyǝnin Suriya vǝ İraqdan gǝlǝn insanların problemlǝrilǝ 5 ilǝ yaxındır qarşı-qarşıya olduğunu qeyd edǝrǝk, hal-hazırda 2 milyon yarım suriyalı vǝ iraqlını qonaq etdiyini dǝ diqqǝtǝ çatdırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr