Fransa prezidenti Fransua Olland Türkiyə səfərini lǝğv edib

Fransada fövqəladə vəziyyət elan edilib.

365880
Fransa prezidenti Fransua Olland Türkiyə səfərini lǝğv edib

Fransa prezidenti Fransua Olland Türkiyə səfərini lǝğv edib.
Fransada fövqəladə vəziyyət elan edilib.
Parisdə baş verən terror aktı zamanı daxili işlər naziri ilə bərabər yaxınlıqdakı stadionda futbol oyununu izləyən Fransua Olland dərhal Daxili İşlər Nazirliyinin binasına gələrək təcili toplantı təşkil edib.
Fransa prezidenti ölkədə fövqəladə vəziyyət rejimi elan edib.
Hadisə ilə bağlı açıqlama verən ABŞ prezidenti Barak Obama da, terrorla bərabər mübarizə apardıqları Fransada bu hadisəni törədənlərin, ədalət qarşısında cavab vermələri üçün əllərindən gələni edəcəklərini bildirib.
ABŞ dövlət başçısı terrorla mübarizədə hər zaman Fransanın yanında olacaqlarını vurğulayıb.
ABŞ-da Nyu-Yorkda dünya ticarət mərkəzi də olmaqla xeyli sayda binalar Fransa bayrağının rəngləri ilə işıqlandırılıb.
Rusiya da qanlı terror hadisəsini kəskin şəkildə qınayaraq bunu insanlıqdan kənar hadisə adlandırıb.
Rusiya prezidenti Vladimir Putin Fransa xalqına lazım olan kömǝkliyi göstǝrǝcǝklǝrini bildirib.

Çin dövlət başçısı Si Cin Pin, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və NATO baş katibi Yens Stoltenberq terrorizmlə mübarizədə Fransaya dəstək olacaqlarını bildiriblər.
BMT-nin baş katibi Pan Gi Mun, eləcə də Almaniya, İngiltərə, Kanada baş nazirləri hadisəni kəskin şəkildə qınayıblar. Vatikan da Parisdə baş verənlərə qarşı qərarlı addımlar atılmasının vacibliyini vurğulayıb. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr