Baş Nazirliyin açıqlaması

Baş Nazirlik Parisdə həyata keçirilən terror aktlarına dair açıqlama yayımlayıb.

416782
Baş Nazirliyin açıqlaması

Baş Nazirlik Parisdə həyata keçirilən terror aktlarına dair açıqlama yayımlayıb.
Baş Nazirliyin mətbuat mərkəzi tǝrǝfindǝn verilǝn açıqlamada bildirilib ki, Parisdə qeyri-insani, alçaqcasına hǝyata keçirilǝn terror hücumlarını sǝrt şǝkildǝ qınayır və lənətləyirik. Fransa xalqının kədərini ürəkdən paylaşırıq. Bu hücumlar təkcə Fransa xalqına deyil, bütün insanlığa, demokratiyaya, azadlıqlara və ümumbəşəri dəyərlərə yönəldilib.
Terrorun dini, milliyyəti, təmsil etdiyi hər hansı bir dəyər olmadığı və terrorizmin bir insanlıq cinayəti olduğu ifadə edilən açıqlamada ifadǝ edilib ki, Türkiye terrorla mübarizədə Fransa və bütün dost və müttəfiq ölkələrlə tamamilǝ həmrəylik içindədir. Әmǝkdaşlıq edǝrǝk bu alçaqlara qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr