Görüş bazar günü baş tutacaq

Ağ Evin rǝsmilǝri Antalyada keçirilǝcǝk G20 sammiti zamanı prezident Obama ilǝ Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğanın bazar günü görüş keçirǝcǝklǝrini bildiriblǝr.

365601
Görüş bazar günü baş tutacaq

Ağ Evin rǝsmilǝri Antalyada keçirilǝcǝk G20 sammiti zamanı prezident Obama ilǝ Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğanın bazar günü görüş keçirǝcǝklǝrini bildiriblǝr.
Obamanın sǝyahǝt planı barǝdǝ açıqlama verǝn Ağ Evin rǝsmisi Ben Rhodes bildirib ki, Obama bazar günü Antalyaya çatdıqdan sonra Dövlǝt başçısı Әrdoğan ilǝ bir araya gǝlǝcǝk. İki lider G20 sammitinin gündǝmindǝn ǝlavǝ DEAŞ ilǝ mübarizǝ vǝ Suriya mǝsǝlǝlǝrindǝn danışacaqlar.
Rhodes Obamanın Әrdoğan ilǝ görüşündǝn sonra G20 sammitinin açılış mǝrasiminǝ qatılacağını, bazar ertǝsi günü nahardan sonra isǝ bǝzi Avropa ölkǝlǝrinin liderlǝrilǝ görüş keçirǝcǝyini bildirib. Rhodes hǝmin görüşlǝrdǝ DEAŞ ilǝ mübarizǝ vǝ Ukrayna mǝsǝlǝlǝlǝrinin müzakirǝ olunacağını deyib.
Ağ Evin Milli Tǝhlükǝsizlik üzrǝ müşaviri Susan Rays isǝ Suriya mǝsǝlǝsinin zirvǝ görüşlǝrindǝ önǝmli bir gündǝm maddǝsi olacağını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr