Atatürkün xaritǝsi ölkǝ xaricindǝ dǝ yad olunub

Türkiyǝ Cümhuriyyǝtinin banisi ulu öndǝr Mustafa Kamal Atatürkün vəfatının 77-ci ildönümü ilə əlaqədar rəsmi mərasimlǝr keçirilib.

414767
Atatürkün xaritǝsi ölkǝ xaricindǝ dǝ yad olunub

Türkiyǝ Cümhuriyyǝtinin banisi ulu öndǝr Mustafa Kamal Atatürkün vəfatının 77-ci ildönümü ilə əlaqədar rəsmi mərasimlǝr keçirilib.
Ulu öndǝr Mustafa Kamal Atatürk üçün Şimali Kıbrıs Türk Cümhuriyyǝtinin paytaxtı Lefokaşadakı Atatürk abidǝsi önündǝ anım mǝrasimi keçirilib.
Mǝrasimǝ Şimali Kıbrıs Türk Cümhuriyyǝti prezidenti Mustafa Akıncı ilǝ digǝr rǝsmilǝr qatılıblar.
Türkiyǝnin Bakı Sǝfirliyindǝ keçirilǝn mǝrǝsim saat 09.05-dǝ bayraqların yarıya endirilmǝsilǝ başlayıb. Süqut mǝrasimindǝn sonra Sǝfirlikdǝ Atatürklǝ ǝlaqǝli yığıncaq tǝşkil olunub vǝ qısa film göstǝrilib.
Türkmǝnistanın paytaxtı Aşqabatda da Atatürk adına parkda anım mǝrasimi keçirilib.
Mǝrasim Aşqabat sǝfiri Mustafa Kapucu vǝ Türkmǝn Türk mǝktǝbi şaigirdlǝrinin çıxışları ilǝ başa çatıb.
Bosniya vǝ Herseqovinanın paytaxt şǝhǝrindǝki mǝrasimǝ Türklǝrlǝ yanaşı Atatürkün müstǝqillik mübarizǝsindǝn ilham götürǝn Bosniyalılar da qatılıb.
Avstraliyanın Sidney şǝhǝr mǝrkǝzindǝ Atatürk abidǝsinin önündǝ anım mǝrasimi tǝşkil olunub.
Kosovada da Priştine Sǝfirliyinin binasında anım mǝrasimi keçirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr