Avropadakı seçicilərin oktyabrın 8-də başlayan səsverməsi dünən

Noyabrın 1-də Türkiyədə keçiriləcək millət vəkilliyinə ümumi səsvermə üçün Avropadakı seçicilərin oktyabrın 8-də başlayan səsverməsi dünən başa çatıb.

358492

Bir çox Avropa ölkələrinin şəhərlərində iyunun 7-nə nisbətən ümumi səsverməyə daha çox seçicinin getməsi və bəzi ərazilərdə onların seçki qutularının qarşısında səs vermək üçün uzun növbələrin yaranması diqqət çəkib.
Xarici ölkələrdə ümumilikdə 2 milyon 895 min 885 qeydiyyatda olan seçicidən 1 milyon 76 mini səsverməyə qatılıb.
Ən çox xarici ölklərdə qeydiyyatda olan seçici-Almaniyadadır ki, təxminən 650 min seçici səs verib.
113 seçki qutusunun qurulduğu 54 ölkədə verilən səslər xaricdəki diplomatik korpusların nümayəndələri tərəfindən Türkiyəyə gətiriləcək.
Noyabrın 1-nin axşamı Ankaraya gətiriləcək səslər ölkədə səsvermə bitəndən sonra birlikdə açılaraq hesablanacaq.
Gömrük sərhəd məntəqələrində isə səsvermə noyabrın 1-də saat 17-00-yə qədər davam edəcək.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr