Xain bombalı hücumu törǝdǝnlǝrin şǝxsiyyǝtlǝri müǝyyǝnlǝşdirilir

Ankarada 97 nǝfǝrin hǝyatını itirdiyi xain bombalı hücumu törǝdǝnlǝrin şǝxsiyyǝtlǝri müǝyyǝnlǝşdirilir.

353321
Xain bombalı hücumu törǝdǝnlǝrin şǝxsiyyǝtlǝri müǝyyǝnlǝşdirilir

Ankarada 97 nǝfǝrin hǝyatını itirdiyi xain bombalı hücumu törǝdǝnlǝrin şǝxsiyyǝtlǝri müǝyyǝnlǝşdirilir.
Bunu Nazirlǝr Kabinetinin toplantısından sonra açıqlama verǝn Baş nazirin müavini Numan Kurtulmuş deyib.
Kurtulmuş hücumun sadǝ bir terror aktı olmadığını, arxasında başqa qüvvǝlǝrin olduğunu söylǝyib. “İki kamikadzǝnin şǝxsiyyǝtlǝrinin müǝyyǝnlǝşdirilmǝsi mǝsǝlǝsindǝ son mǝrhǝlǝyǝ çatılıb”deyǝ Numan Kurtulmuş qeyd edib.
Dünyanın ǝn yaxşı qorunan yerlǝrindǝ belǝ kǝşfiyyat idarǝlǝrinin diqqǝt mǝrkǝzindǝ olmayan mǝxfi terror aktları törǝdildiyinǝ diqqǝt çǝkǝn Kurtulmuş bildirib ki, terror tǝşkilatı dediyiniz şey sadǝcǝ o bombanı daşıyan canlı bomba deyildir, onun arxasında ciddi güclǝrin, bir yaxud da bir neçǝ dövlǝtin olduğu terror aktı ilǝ qarşı-qarşıya qaldıq.
Terrorçu kamikadzelərin hər birinin üstündə zavod istehsalı olan 5 kiloqram partlayıcı olduğuna diqqǝt çǝkǝn Kurtulmuşun sözlərinə görə, Ankaradakı partlayışla cari ilin iyulunda Suruç qǝsǝbǝsindǝ çox sayda insan tələfatı ilə nəticələnǝn terror arasında oxşar cəhətlər var.
Baş nazirin müavini Numan Kurtulmuş hücum zamanı ölǝnlǝrin yaxınları vǝ ayrıca yaralananlarla ǝlaqǝli qanuna uyğun lazım olan nǝ varsa yerinǝ yetirilǝcǝyini dǝ qeyd edib.
Mǝntiqli şǝkildǝ vǝ birlikdǝ bu dǝrin kǝdǝrin öhdǝsindǝn gǝlinǝcǝyini vurğulayan Kurtulmuş onu da bildirib ki, ciddi bir tablo ilǝ qarşı-qarşıyayıq. Bu bombanı partladanlar sadǝcǝ o tǝdbiri keçirǝnlǝrǝ xain bir hücumu planlaşdırmadılar, millǝtimizin hamısına qarşı bu bombalı hücumu törǝtdilǝr. “Terror tǝşkilatı, insanlar arasında düşmǝnçilik duyğularını yerlǝşdirmǝyǝ cǝhd göstǝrdi. Hǝr kǝs ehtiyatlı olmalıdır. Matǝm hamımızın matǝmidir. Terror qarşı ortaq hǝrǝkǝt etmǝk, sülh vǝ qardaşlıq blokunu yaratmaq mǝcburiyyǝtindǝyik” deyǝ Numan Kurtulmuş vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr