Rusiyanın Suriyada ilk hava ǝmǝliyyatı

Rusiya Suriyada ilk dǝfǝ hava ǝmǝliyyatı hǝyata keçirib.

385783
Rusiyanın Suriyada ilk hava ǝmǝliyyatı

Rusiya Suriyada ilk dǝfǝ hava ǝmǝliyyatı hǝyata keçirib.
Müdafiǝ Nazirliyi Homs şǝhǝrindǝ terror tǝşkilatı DEAŞ-a istiqamǝtli olduğunu bildirdiyi iki hava hücumu ilǝ ǝlaqǝdar olaraq ABŞ-na mǝlumat verildiyini açıqlayıb.
ABŞ isǝ ǝmǝliyyatda DEAŞ-a aid olmayan hǝdǝflǝrin dǝ vurulduğunu iddia edib.
Әmǝliyyat Rusiya hǝrbçilǝrinin ölkǝ xaricindǝ vǝzifǝlǝndirilmǝsinǝ dair qǝrarın qǝbul edilmǝsindǝn bir neçǝ saat sonra hǝyata keçirilib.
Kreml Administrasiyası rəhbəri Sergey İvanov bildirib ki, söhbət Rusiyanın uzaq sərhədlərində terrorizmlə mübarizə üçün aparacağı əməliyyatlardan gedir. Onun sözlərinə görə, əməliyyatlar yalnız Rusiyanın milli maraqlarına xidmət edir.
Rusiya prezidenti Vladimir Putin dǝ Parlamentin qǝrarı tǝsdiqlǝmǝsindǝn sonra verdiyi açıqlamada bildirib ki, Suriyada terror aktlarının qarşısını alacaq hücumlar hǝyata keçirilǝcǝk. Әsǝdǝ verilǝcǝk dǝstǝk hava hücumları ilǝ mǝhdud olacaqdır. Suriyaya quru qoşunlar göndǝrilmǝyǝcǝktir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr