NATO-ya üzv ölkǝlǝrin müdafiǝ nazirlǝrinin yığıncağı davam edir
Ortaq müdafiǝ gücünü artırmağa qǝrar verǝn müttǝfiqlǝrin Brüsseldǝ keçirilǝn yığıncağının bugünkü gündǝmini Ukrayna mǝsǝlǝsi tǝşkil edir.
NATO-ya üzv ölkǝlǝrin müdafiǝ nazirlǝrinin yığıncağı davam edir.
Ortaq müdafiǝ gücünü artırmağa qǝrar verǝn müttǝfiqlǝrin Brüsseldǝ keçirilǝn yığıncağının bugünkü gündǝmini Ukrayna mǝsǝlǝsi tǝşkil edir.
Ukraynanın şǝrqindǝki atǝşkǝs qǝrarının pozulduğuna diqqǝt çǝkǝn NATO-nun Baş katibi Yens Stoltınbörg (Jens Stoltenberg) Rusiyanı döyüşçülǝrǝ verdiyi dayağı dayandırmaya çağırıb.
Türkiyǝni Milli Müdafiǝ naziri İsmǝt Yılmazın tǝmsil etdiyi Ukrayna-NATO Şurasında Rusiyadan Minsk Atǝşkǝs müqavilǝsinǝ ǝmǝl etmǝsi istǝnib.
Yığıncaqda Ukraynanın torpaq bütövlüyünǝ verilǝn ǝhǝmiyyǝt vurğulanıb. Rusiyanın keçǝn il beynǝlxalq hüquq qayralarını pozaraq Krımı ilhaqı xatırladılaraq bunun NATO üzvlǝri tǝrǝfindǝn tanınmayacağı bir daha dilǝ gǝtirilib.
Әlaqәli Xәbәrlәr
Brüssel ilin son zirvǝ yığıncağına ev sahibliyi edir
Belçikanın paytaxtı Brüssel 2015-ci ilin son liderlǝr zirvǝsinǝ ev sahibliyi edir.