Türk Dünyası Jurnalistlǝri Şurasının II toplantısı
Türk Dünyası Jurnalistlǝri Şurasının II toplantısı Kazanda öz işinǝ başlayır.
Türk Dünyası Jurnalistlǝri Şurasının II toplantısı Kazanda öz işinǝ başlayır.
İlk toplantısı keçǝn il Әskişǝhǝrdǝ keçirilǝn Türk Dünyası Jurnalistlǝri Şurasının II toplantısı mayın 26-dan 29-dək Tataristan Cümhuriyyǝtinin paytaxtı Kazanda keçirilǝcǝk.
20 ölkədən 100-dən artıq nümayəndənin iştirak edəcəyi tədbirdə qloballaşan dünyada ənənəvi mediadan onlayn mediaya keçidin xüsusiyyətləri, türk dünyası mediasının mövcud dünya düzənindəki rolü müzakirǝ edilǝcǝk.
Türk Әmǝkdaşlıq vǝ Koordinasiya Agentliyi (TİKA), Baş Nazirlik Xaricidǝki Türklǝr vǝ Әqrǝba Topluluqları İdarǝsi (YTB), Beynǝlxalq Türk Mǝdǝniyyǝti Tǝşkilatı (TÜRKSOY), Baş Nazirlik Mǝtbuat, Yayım vǝ İnformasiya Müdirliyi vǝ TRT AVAZ kimi dövlǝt qurumlarının dǝstǝklǝdiyi Şurada Anadolu informasiya agentliyi isǝ “Qlobal İnformasiya Tǝrǝfdaşı” olaraq yer alacaq.
Tǝdbirlǝr çǝrçivǝsindǝ “Türk Dünyası Mǝtbuat Mükafatları” tǝqdim edilǝcǝk vǝ “Türk Dünyası Jurnalistlǝri Deklerasiyası” yayımlanacaq.
Әlaqәli Xәbәrlәr
Brüssel ilin son zirvǝ yığıncağına ev sahibliyi edir
Belçikanın paytaxtı Brüssel 2015-ci ilin son liderlǝr zirvǝsinǝ ev sahibliyi edir.