Nepalda ölənlərin sayı 618-ə çıxıb

Nepalda rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ baş verib.

249572
Nepalda ölənlərin sayı 618-ə çıxıb

Nepalda baş verən güclü zəlzələ zamanı xeyli adam ölüb.

Təbii fəlakət nəticəsində Nepalın paytaxtı Katmandu şəhərində 618 nəfər həyatını itirib. Ölənlərin sayının artacağından narahatlıq duyulur.


Zəlzələnin episentrinin Katmandunun şimal-qərbindən 80 kilometr aralıda, 2 kilometr dərinlikdə yerləşdiyi və 7,9 bal gücündə olduğu bildirilib. Zəlzələ Hindistanın şimalındakı bir çox şəhərdə də hiss edilib.

Katmatuda yeraltı tǝkanların davam edǝcǝyi barǝdǝ xǝbǝrdarlıq edilib. Әhalidǝn evlǝrinǝ girmǝmǝlǝri istǝnib.
Yeraltı tǝkanlar Hindistanın paytaxtında da hiss edilib.

Bu arada zǝlzǝlǝ dünyanın damı olaraq adlandırılan Everest dağında qar uçqununa sǝbǝb olub. Dağda çoxlu sayda alpinistin olduğu bildirilib.




Etiketlәr:

Әlaqәli Xәbәrlәr