Müxtǝlif ölkǝlǝrin uşaqları Ankarada bir araya gǝldi

Türkiyǝ Böyük Millǝt Mǝclisinin sǝdri Cǝmil Çiçǝk 23 Aprel Milli Suverenlik vǝ Uşaq Bayramı tǝdbirlǝri çǝrçivǝsindǝ Mǝclisdǝ 35 ölkǝdǝn gǝlǝn uşaqları qǝbul edib.

244851
Müxtǝlif ölkǝlǝrin uşaqları Ankarada bir araya gǝldi

Türkiyǝ Böyük Millǝt Mǝclisinin sǝdri Cǝmil Çiçǝk 23 Aprel Milli Suverenlik vǝ Uşaq Bayramı tǝdbirlǝri çǝrçivǝsindǝ Mǝclisdǝ 35 ölkǝdǝn gǝlǝn uşaqları qǝbul edib.
Çiçǝk qǝbul zamanı deyib ki, silaha, toqquşmalara ayrılan vǝsait uşaqların tǝhsili, sǝhiyyǝ ehtiyacları üçün ayrılsaydı dünya hal-hazırda başqa cür olardı. TRT çox düzgün bir qǝrar qǝbul edǝrǝk illǝrdir dünya uşaqlarını 23 Aprel Milli Suverenlik vǝ Uşaq Bayramı sevincinǝ şǝrik etmǝk üçün bir sıra tǝdbirlǝr keçirir.
Baş nazir Әhmǝd Davudoğlu da TRT Beynǝlxalq Uşaq Şǝnliyinǝ qatılan uşaqları Baş Nazirlik Çankaya köşkündǝ qǝbul edib.
Davudoğlu qǝbulda bildirib ki, sülh dünyasını ancaq uşaqlarla qura bilǝrsiniz. Çünki uşaqların dünyasında ikili standart, özgǝlǝrini aldatmaq sǝylǝri yoxdur. Sadǝcǝ dürüstlük vǝ mǝsumluq vardır.
23 Aprel Milli Suverenlik vǝ Uşaq Şǝnliyi üçün TRT-nin qonağı olan uşaqlar direktor Şenol Göka ilǝ birlikdǝ Anıtqǝbiri ziyarǝt ediblǝr.
Göka vǝ müşayiǝtindǝki uşaqlar Atatürkün abidǝ qǝbrinǝ ǝklil qoyublar. Şenal Gökanın Anıtqǝbir xatirǝ dǝftǝrinǝ yazdığı mesajı isǝ 10 yaşlı İlqın İncǝsu oxuyub.
Qeyd edǝk ki, 37-ci dǝfǝdir keçirilǝn 23 Aprel Milli Suverenlik vǝ Uşaq Şǝnliyindǝ cari il 35 ölkǝdǝn minǝ yaxın uşaq iştirak edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr