Ərdoğana Qazaxıstanda fəxri doktor adı verilib

Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstana səfəri davam edir.

239649
Ərdoğana Qazaxıstanda fəxri doktor adı verilib

Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğan, beynəlxalq nizamın dəyişməsi üçün hər platformada səsini ucaltdığını, etirazını dilə gətirdiyini bildirib.

Qazaxıstana səfəri zamanı Әhmǝd Yǝsǝvi Universitetinin fəxri doktor adı verililib. Dövlət başçısı təşkil edilən mərasimdə BMT-yə yönəldilmiş tənqidlərini davam etdirərək deyib ki, Təhlükesizlik Şurasının 5 daimi üzvü dünyanın taleyini istiqamətləndirə bilməz, belə də olmamalıdır. Çünki dünya beşdən böyükdür.

Ərdoğan qlobal vicdanı oyandıranadək bunları söyləməyə davam edəcəyini ifadə edib.

Ərdoğan mərasimdən öncəTürkistan şəhərində, Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev ilə Xoca Әhmǝd Yǝsǝvi türbəsini də ziyarət edib. Daha sonra Әrdoğan, şəhərdə Diyanət İşləri İdarəsi tərəfindən inşa edilən Xoca Әhmǝd Yǝsǝvi Məscidinin açılışını edib.
Ərdoğan, Axıska türklərinin nümayəndələrini qəbul edəcək. Ərdoğanın şərəfinə veriləcək şam yeməyindən sonra, Dövlǝt başçısı Türkiyəyə geri dönəcək.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr