Avropa ilǝ yüksǝk sǝviyyǝli enerji dialoqu

Trans-Anadolu qaz boru kǝmǝri (TANAP) layihǝsinǝ dair imzaların atılmasının ardından Avropa ilǝ yüksǝk sǝviyyǝli enerji dialoqu başlayır.

267473
Avropa ilǝ yüksǝk sǝviyyǝli enerji dialoqu

Qars şǝhǝrindǝ Trans-Anadolu qaz boru kǝmǝri (TANAP) layihǝsinǝ dair imzaların atılmasının ardından Avropa ilǝ yüksǝk sǝviyyǝli enerji dialoqu başlayır.
Avropa İttifaqının enerji birliyindǝn mǝsul komissiya sǝdrinin müavini Maros Sekoviç (Sefcovic) Ankarada ilk öncǝ Avropa İttifaqı naziri Volkan Bozkırla bir araya gǝlib.
Keçirilǝn görüşdǝ Avropa İttifaqı ilǝ Türkiyǝ arasında yüksǝk sǝviyyǝli enerji dialoqunun başladılması barǝdǝ saziş imzalanacağı bildirilib.
Avropa İttifaqı naziri Volkan Bozkır TANAP-ın Orta Şǝrq vǝ Xǝzǝr enerji mǝnbǝlǝri ilǝ İttifaqın enerji bazarını bir araya gǝtirǝcǝk çox önǝmli bir layihǝ olduğuna diqqǝt çǝkǝrǝk deyib ki, başladılacaq enerji dialoqu çǝrçivǝsindǝ TANAP-la yanaşı yenilǝnǝ bilǝn vǝ nüvǝ enerji daxil müxtǝlif enerji sahǝlǝrindǝ ǝmǝkdaşlıq edilǝcǝk. Bu mǝqsǝdlǝ Avropa İttifaqı ilǝ müǝyyǝn zamanlarda toplantılar keçirilǝcǝk.
Qeyd edǝk ki, Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və burdan Avropaya nəqlini nəzərdə tutan TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan təbii qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr