Minskdǝ keçirilǝn zirvǝdǝ razılıq ǝldǝ olunub

Ukrayna böhranına hǝll yollu axtarışları çǝrçivǝsindǝ, Minskdǝ keçirilǝn zirvǝdǝ razılıq ǝldǝ olunub.

217380
 Minskdǝ keçirilǝn zirvǝdǝ razılıq ǝldǝ olunub

Ukrayna böhranına hǝll yollu axtarışları çǝrçivǝsindǝ, Minskdǝ keçirilǝn zirvǝdǝ razılıq ǝldǝ olunub.
17 saata yaxın davam edǝn görüşlǝrdǝn sonra mǝtbuata açıqlama verǝn Rusiya prezidenti Vladimir Putin, fevralın 15-də saat 00.00-dan etibarən atəşin dayandırılmasına dair qerar qebul edildiyini bildirib.
Putinin qeyd etdiyine görǝ, fevralın 16-dan gec olmayaraq ağır silahlar və hərbi texnika təmas xəttindən qarşılıqlı olaraq geri çəkilǝcǝk və bu proses 14 gün ərzində sona çatacaq. Ukraynada 2015-ci ilin sonuna qədər Konstitusiya islahatı həyata keçirilǝcǝk və yeni Konstitusiyada hakimiyyətin qeyri-mərkəzləşdirilməsi təsbit olunacaq. Donbassın separatçıların nəzarətindəki hissəsinə xüsusi status verilǝcǝk, hərbi əməliyyatların iştirakçılarının amnistiyası, dil hüququ, Rusiya regionları ilə transsərhəd əməkdaşlığı edilǝcǝk.
Bundan ǝlavǝ Donbassın yerli idarəetmə orqanlarının bölgəyə hakimlərin və prokurorların təyinatında iştirakı, xalq milisinin yaradılması, bütün qanunsuz silahlı dəstələrin tərksilah edilməsi vǝ bütün xarici silahlı birləşmələrin, hərbi texnikanın və muzdluların ATƏT-in müşahidəsi altında Ukraynadan çıxarılması qǝrara alınıb.
Poroşenkonun açıqlamasına ǝsasǝn, tǝrǝflǝr hǝlǝ dǝ seperatçılar tǝrǝfindǝn nǝzarǝt edilǝn bǝzi sǝrhǝd bölgǝlǝrinin yenidǝn Ukraynaya qaytarılması üçün kömǝklik göstǝrǝcǝk.
Almaniya kansleri Angela Merkel isǝ, ölkǝsinin bir qan gölünǝ çǝvrilmǝsinin qarşısını almaq üçün Poroşenkonun ǝlindǝn gǝlǝni yerinǝ yetirdiyini, Putinin dǝ razılaşmanı qǝbul etmǝlǝri üçün seperatçılara tǝzyiq etdiyini bildirib.
Zirvǝdǝ vasitǝçilik edǝn digǝr lider Fransa prezidenti Fransua Olland da ǝldǝ edilǝn razılaşmanı “Avropa rahat bir nǝfǝs dǝrdi” şǝklindǝ xarakterizǝ edǝrǝk deyib ki, ümumi bir siyasi razılıq ǝldǝ edilmǝyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr