"Tarix hegemon güclər tərəfindən deyil, tarixçilər tərəfindən yazılmalıdır"

Bu sözləri dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Kolumbiya səfəri zamanı Boqota Eksternado (Bogota Externado) Universiteti ilə Ankara Universitetinin ortaq şəkildə təşkil etdiyi "1915 - Osmanlı imperatorluğunun ən uzun ili” adlı simpoziumda dedi.

216464
"Tarix hegemon güclər tərəfindən deyil, tarixçilər tərəfindən yazılmalıdır"

  1915 hadisələrindən danışan Ərdoğan bu fikri də vurğuladı ki, "Tarix parlamentlərdə siyasi qərarlar verilərək, həqiqətdən uzaq hadisələrə gerçək kimi baxılaraq düzgün qiymətləndirilə bilməz. Qaliblər və hegemonlar həqiqəti olduğu kimi yaza bilməzlər və nəsillərə düzgün ötürə bilməzlər. 1915 hadisələri dediklərimin aydın təsdiqidir. O günlərin tarixi başdan başa təxribata xidmət edən çirkli siyasətdir, amma təəssüf ki, bu gün tarixin önünə keçib."

  Rəcəb Tayib Ərdoğan daha sonra bunları diqqətə çatdırıb: “Erməni iddiaları ilə bağlı olan bütün arxivləri açdıq və ortaya araşdırma ediləsi 1 milyondan çox sənəd çıxdı. Ermənistanın, ya da başqa ölkələrin də sənədləri varsa, onlar da açsınlar. Bütün dünya tarixçilərini, hüquqşünaslarını səfərbər edək və onlar araşdırmalarını siyasətçilərə təqdim etsinlər. Bax, bundan sonra yekun qərarı verək, görək, kimin dedikləri doğru və həqiqətdir."

  “Erməni diasporunun 1915-ci il hadisələri ilə bağlı son dərəcə mənfi bir kampaniya icra etdiyini” vurğulayan Ərdoğan "Təxribat və yalançı təbliğatı qəbul etmirik. Buna görə ölkəmizə qarşı kin və düşmənçilik kampaniyası aparılmasına əsla icazə vermərik" deyib və "1915 - Osmanlı imperatorluğunun ən uzun ili” adlı simpoziumda Türkiyənin mövqeyini bu qədər açıq və qəti şəkildə ortaya qoyub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr