Ukrayna böhranının həlli üçün üçtərəfli görüş

Beynǝlxalq ictimaiyyǝt, mǝrkǝzi idarǝ ilǝ seperatçılar arasındakı toqquşmaların son hǝftǝlǝrdǝ yenidǝn şiddǝtlǝndiyi Ukrayna üçün hǝll yolları axtarır.

213776
Ukrayna böhranının həlli üçün üçtərəfli görüş

Beynǝlxalq ictimaiyyǝt Kiyev ilǝ seperatçılar arasındakı toqquşmaların son hǝftǝlǝrdǝ yenidǝn şiddǝtlǝndiyi Ukrayna böhranının hǝlli yollarını axtarır.
Almaniya kansleri və Fransa dövlət başçısının Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi üçtərəfli görüşdǝ Ukrayna böhranı müzakirǝ olunub.
Angela Merkel və Fransua Olland bir gün əvvəl Kiyevdə Poroşenkoya tǝqdim etdiklǝri sülh layihǝsini bu dǝfǝ Putinǝ tǝqdim ediblǝr.
Beş saat davam edǝn görüşdǝ sentyabr ayında imzalanan Minsk atǝşkǝs sazişinin hǝyata keçirilǝ bilmǝsi üçün dialoqun davam etdirilmǝsinǝ dair qǝrar qǝbul edilib.
ABŞ-ın tǝmkinlǝ yanaşdığı görüşün ikinci turu bu gün üç lider arasında telekonfrans vasitǝsi ilǝ baş tutacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr