Əminə Xanım Ərdoğan, Daryel Yetimxanasını ziyarәt edib

Prezident Rəcəb Tayyib Ərdoğanı Cibutiyә sәfәri zamanı müşayiәt edәn xanımı Əminə Ərdoğan, Daryel Yetimxanasına baş çәkib.

196527
Əminə Xanım Ərdoğan, Daryel Yetimxanasını ziyarәt edib

Prezident Rəcəb Tayyib Ərdoğanı Cibutiyә sәfәri zamanı müşayiәt edәn xanımı Əminə Ərdoğan, Daryel Yetimxanasına baş çәkib.
Yetimxananı ziyarәti zamanı Cibuti Dövlət Başçısı Ömər Guellehin müşayiәt etdiyi Eminә xanım Әrdoğan uşaqlar tәrәfindәn çiçәklәrlә qarşılanıb.
110 uşağın yaşadığı yetimxanada, hələ bir neçə həftəlik olan iki yetim uşaqdan birinə "Әminә", digərinə isə "Tayyib" adı qoyulub.
Uşaqlara müxtəlif hədiyyələr verən Əminə xanım Ərdoğan daha sonra Cibuti milli qadınlar birliyində çıxış edib.
Türkiyәnin, Afrikanın heç bir probleminә biganә qalmadığını ifadә edәn Әminә xanım Әrdoğan, rәsmi Ankaranın bəzi ölkələrin əksinə Afrikaya müstəmləkəçi vә mənfəətçi düşüncә ilә yanaşmadığını qeyd edib.
Qızıl Aypara cәmiyyәti vә Türk әmәkdaşlıq vә koordinasiya agentliyinın Afrika qitəsinə qarşılıq gözləmədən davam edәn yardım fәaliyyәtlәri isә bunun göstәricisidir deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr