Dövlǝt başçısı Әrdoğan Cibutidǝ görüşlǝr keçirir

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan vǝ hǝyat yoldaşı Әminǝ Әrdoğanı Cibuti prezidenti İsmail Ömǝr Guelle vǝ hǝyat yoldaşı Kadra Mahammoud Haid qarşılayıb.

196264
Dövlǝt başçısı Әrdoğan Cibutidǝ görüşlǝr keçirir

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan vǝ hǝyat yoldaşı Әminǝ Әrdoğanı Cibuti prezidenti İsmail Ömǝr Guelle vǝ hǝyat yoldaşı Kadra Mahammoud Haid qarşılayıb.
Dövlǝt başçısı üçün rǝsmi qarşılama mǝrasimi keçirilib. Mǝrasimdǝn sonra iki hǝmkarın tǝkbǝtǝk görüşü baş tutub.
Cibutida keçirǝcǝyi temasları çǝrçivǝsindǝ heyǝtlǝrin iştirakı ilǝ tǝşkil edilǝn görüşlǝrdǝn sonra, Türkiyǝ vǝ Afrika arasındakı ǝlaqǝlǝrin inkişafına dair bir sıra ǝmǝkdaşlıq müqavilǝlǝri imzalanıb.
İki lider daha sonra birgǝ mǝtbuat toplantısı tǝşkil edib. Toplantıda, Somalidǝki hücumu dǝyǝrlǝndirǝn Dövlǝt başçısı Әrdoğan deyib ki, İslam dünyası üzǝrindǝ çox ciddi bir oyun oynanır, bu oyunun başlığı isǝ İslamofobiyadır. Bu bir İslam düşmǝnçiliyidir.
Dövlǝt başçısı terror mǝsǝlǝsinǝ toxunaraq deyib ki, hansı inancdan olmasına baxmayaraq terrorçu cinayǝtkardır, canidir. Müsǝlmanların içindǝn çıxsa yenǝ cinayǝtkardır, başqa dinǝ mǝnsub olanlardan olsa da yenǝ eynidir.
Dövlǝt başçısı Әrdoğan, Türkiyǝnin Avropa İttifaqına üzvlük prosesinǝ dǝ işarǝ edǝrǝk bildirib ki, müsǝlman Türkiyǝni mǝnimsǝyǝ bilǝcǝkmi deyǝ biz ǝslindǝ Avropanı test edirik.
Dövlǝt başçısı Ərdoğan sǝfǝri zamanı bir sıra obyektlərin təməl qoyma mǝrasimǝnǝ dǝ qatılacaq, daha sonra Cibuti Məclisində çıxış edәcәk.
Әrdoğan nahar yeməyindən sonra isǝ, Türkiyənin Cibutidәki səfirliyinin binasının rəsmi açılış mǝrasiminǝ qatılacaq.
Dövlǝt başçısı Cibuti Türk iş Şurasının yekun iclasında da çıxış edǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr