Prezident Әrdoğanın başçılığında nazirlәr kabineti toplantısı

Ərdoğan, başçılığında ilk dəfə Nazirlər Kabinetini yığacaq.

189180
Prezident Әrdoğanın başçılığında nazirlәr kabineti toplantısı

Ərdoğan, başçılığında ilk dəfə Nazirlər Kabinetini yığacaq.
Bu gün Prezident Rəcəb Tayyib Ərdoğan, ilk dəfə Nazirlər Kabinetini yığacaq.
Toplantıda “Paralel yapı” ilə mübarizə, həll prosesi və Avropada yayılan İslam əleyhdarlığı kimi məsələlərin müzakirəsi gözlənilir. Suriya və İraq başda olmaqla bölgədə cәrәyan edәn son proseslәr, Türkiyə-Avropa İttifaqı əlaqələri, müdafiə sənayesindəki investisiyalar və davam edən layihələr barədə danışıqlar olacaq.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan, Nazirlər Kabinetini toplayan ilk prezidenti deyil.
4-cü prezident Cemal Gürsel, 6-cı prezident Fəxri Korutürk və 9-cu prezident Süleyman Dəmirəl də 2 dəfə yığıncağa rəhbərlik ediblər. 7-ci prezidenti Kənan Evren 4 və 8-ci prezident Turqut Özal isə 7 dəfə Nazirlər Kabinetini yığıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr