İstanbulda bǝzi reyslǝr lǝğv edilib

İstanbulda qarlı hava sǝbǝbindǝn bǝzi reyslǝr lǝğv edilib.

175294
İstanbulda bǝzi reyslǝr lǝğv edilib

İstanbulda qarlı hava sǝbǝbindǝn bǝzi uçuşlar lǝğv edilib.
Ölkǝdǝ tǝsirili olan qarlı havaya görǝ bu gün 41 daxili vǝ 10 xarici reys ləğv edib.
Daxili xəttlərdə Ankara, Konya, Kaysǝri, Qaziantǝp, Adana, Dǝnizli, Әlazığ, Antalya vǝ İzmir, Ankaraya olan reyslǝr dǝ olmaqla 41 uçuş ləğv edilib. Xarici xəttlərdə dǝ isǝ İstanbul ilǝ Tbilisi, Budapeşt, Kişinev, Cenevrǝ vǝ Tǝl Әvivǝ ediləcək qarşılıqlı reyslər ləğv edilib.
Sǝrnişinlǝrdǝn uçuşların son vǝziyyǝtinǝ dair mǝlumatları, Türk Hava Yolları rǝsmi internet sǝhifǝsindǝn vǝ ya “444 0 849” nömrǝli müraciǝt mǝrkǝzindǝn öyrǝnmǝlǝri istǝnib.
Güclü qara yağması sǝbǝbindǝn İstanbul vǝ Ankara başda olmaqla müxtǝlif şǝhǝrlǝrdǝ mǝktǝblǝr bağlanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr