Yanğın baş verǝn sǝrnişin gǝmisindǝki onlarla insanın taleyi

Yunanıstandan İtaliyaya sǝfǝr edǝrkǝn yanğın baş verǝn sǝrnişin gǝmisindǝki onlarla insanın taleyi, sǝrnişin siyahısındakı sǝhvlǝrǝ görǝ namüǝyyǝn vǝziyyǝtdǝ qalmaqda davam edir.

166264

Bir Türk sǝrnişinin dǝ ölǝnlǝr arasında olduğu açıqlanıb.
İtaliya Nǝqliyyat Nazirliyi, sǝrnişin siyahısındakı sǝhvlǝrǝ görǝ itkinlǝrǝ dair dǝqiq bir rǝqǝm verǝ bilmǝdiklǝrini bildirib. Ancaq gǝmidǝ olan Hafizǝ Savaş adlı bir Türkün öldüyü açıqlanıb. Xarici İşlǝr Nazirliyi rǝsmilǝri dǝ Hafizǝ Savaşın öldüyünü tǝsdiqlǝyib.
Daha öncǝ yayımlanan açıqlamada gǝmidǝki 54 Türk sǝrnişinin qǝzadan yaralanmadan xilas olduqları açıqlanmışdı.
Sǝrnişinlǝrin sayına dair dǝqiq olmayan mǝlumatların isǝ siyahıda adı olmasına baxmayaraq gǝmiyǝ minmǝyǝnlǝr ilǝ Yunan adası İgumenitsada gǝmidǝn düşǝnlǝrdǝn mǝnbǝlǝndiyi ifadǝ edilib.
İtkin olan 30-a yaxın sǝrnişinin tapılması mǝqsǝdilǝ axtarış işlǝrinin davam etdiyi bildirilib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr