Devid Kemeron Ankarada görüşlǝr keçirib

İngiltǝrǝ Baş naziri Devid Kemeron ötǝn gün Ankaraya gǝlib.

142981
Devid Kemeron Ankarada görüşlǝr keçirib

İngiltǝrǝ Baş naziri Devid Kemeron ötǝn gün Ankaraya gǝlib.
Kemeron ilk olaraq Baş nazir Әhmǝd Davudoğlu ilǝ bir araya gǝlib.
Davudoğlu hǝmkarı ilǝ tǝkbǝtǝk vǝ heyǝtlǝr arasındakı görüşlǝrdǝn sonra birgǝ mǝtbuat toplantısında deyib ki, Suriyada rejimin tǝzyiqi vǝ zülmunǝ qarşı mövqeyimizi açıq şǝkildǝ dilǝ gǝtirdik. Suriya rejiminin qanunililiyi bizim üçün sona çatmışdır.
Suriya vǝ beynǝlxalq terrorla mübarizǝ mövzusunda Kemeron ilǝ fikirlǝrinin üst-üstǝ düşdüyünü ifadǝ edǝn Davudoğlu, İŞİD terroruna qarşı necǝ ǝmǝkdaşlıq edilǝcǝyi mǝsǝlǝsini dǝ ǝtraflı şǝkildǝ müzakirǝ etdiklǝrini deyib.
Devid Kemeron da, Türkiyǝnin Avropa İttifaqına tamhüquqlu üzv olmasına ölkǝsinin dǝstǝyinin davam edǝcǝyini bildirǝrǝk deyib ki, “Biz terror problemi ilə bağlı Türkiyə rəhbərliyi ilə sıx əməkdaşlıq edirik. Bizim ümumi məqsədimiz təhlükəsizliyi təmin etməkdir.
“Suriya ilə bağlı məsələdə Bəşər Əsəd rejiminin hakimiyyətdən getməsinə və ölkənin bütün vətəndaşlarını təmsil edəcək hökumətin yaradılmasına dair mövqelərimiz üst-üstə düşür”, deyə Kemeron bildirib.

Kemeron əlavə edib ki, Türkiyə və İngiltǝrǝ İŞİD sıralarında döyüşən və ya döyüşmək niyyətində olan şəxslər barəsində kəşfiyyat məlumatlarının mübadiləsinin daha aktiv aparılmasına dair razılığa gəliblər.
Davudoğlu da, İŞİD sıralarında döyüşǝn xarici ölkǝ vǝtǝndaşları barǝdǝ Türkiyǝnin düşüncǝlǝrinin açıq olduğunu xatırladaraq, İngiltǝrǝ ilǝ bu mövzuda ortaq mövqedǝ olduqlarını bildirib
Davutoğlu, Qıbrıs mǝsǝlǝsindǝ iki zamin ölkǝ olaraq adadakı sülh müzakirǝlǝrinin yaxın zamanda başlaması barǝdǝ hǝmfikir olduqlarını da ifadǝ edib.
Devid Kemeron daha sonra Cümhurbaşqanlığı Sarayına gǝdǝrǝk Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan ilǝ görüşüb.

 

 



Etiketlәr:

Әlaqәli Xәbәrlәr