Avropa İttifaqı suriyalı qaçqınlara yardımını artıracaq

Avropa İttifaqından nümayǝndǝ heyǝti ötǝn gün Ankarada görüşlǝr keçirib.

141423
Avropa İttifaqı suriyalı qaçqınlara yardımını artıracaq

Avropa İttifaqından nümayǝndǝ heyǝti ötǝn gün Ankarada görüşlǝr keçirib.
Heyǝt ilk olaraq Baş nazir Әhmǝd Davudoğlu tǝrǝfindǝn qǝbul edilib.
Görüşǝ, Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu vǝ Avropa İttifaqı naziri Volkan Bozkır da qatılıb.
Xarici İşlǝr naziri, görüşdǝn sonra keçirilǝn mǝtbuat toplantısında, Avropa İttifaqının suriyalı qaçqınlar üçün yardımını artıracağına işarǝ edǝrǝk deyib ki, İttifaqın digǝr üçüncü ölkǝlǝrlǝ hǝyata keçirdiyi kimi Türkiyǝ-Avropa İttifaqı arasında keçirilǝn zirvǝlǝri nizamlamasını da xahiş etdik vǝ bu mövzuya dair düşüncǝlǝrimizi dilǝ gǝtirdik. Yüksǝk sǝviyyǝli ziyarǝtlǝrin artırılması barǝdǝ İttifaqla hǝmfikirik. Gömrük Birliyinin tǝrǝflǝrindǝn biri olduğumuz üçün ABŞ ilǝ Avropa İttifaqı arasında başlayan Transatlantik Ticarǝt müqavilǝsinǝ Türkiyǝnin dǝ daxil edilmǝsinin vacibliyini bir daha vurğuladıq. Avropa İttifaqı heyǝti suriyalılara tǝmin etdiyimiz imkanları tǝqdirlǝ qarşıladığını bildirdi vǝ bu mövzuda maddi kömǝklik göstǝrilǝcǝyinǝ dair söz verdi.
Avropa İttifaqının Xarici Әlaqǝlǝr vǝ Tǝhlükǝsizlik Siyasǝti üzrǝ ali nümayǝndǝsi Federika Moqherini dǝ, yardım miqdarının 70 milyon avro olacağını deyib.
Qonaq heyǝt daha sonra Cümhurbaşqanlığı Sarayında Dövlǝt başçısı Әrdoğan tǝrǝfindǝn qǝbul edilib.
Görüşdǝ Avropa İttifaqı rǝsmilǝrinin Rusiyaya sanksiya mövzusunda bir tǝlǝbi olub olmadığı maraq mövzusu idi. Dövlǝt başçısı Әrdoğan Litva prezidenti ilǝ tǝşkil etdiyi ortaq mǝtbuat toplantısında mövzu ilǝ bağlı sual qarşısında deyib ki, heyǝtin belǝ bir tǝlǝbi olmadı, sadǝcǝ proses dǝyǝrlǝndirildi, yeni enerji ilǝ bağlı olaraq “Cǝnub axını” layihǝsi ǝvǝzinǝ atılacaq addımlar nǝlǝrdir bunu müzakirǝ etdik vǝ bu mövzuda imzalanan sazişin hüquq cǝhǝtdǝn hǝr hansı asılılığının olmadığını dilǝ gǝtirdik, ayrıca mǝsǝlǝnin Enerji Nazirliyi tǝrǝfindǝn hazırda müzakirǝ edildiyini bildirdik.
Avropa İttifaqından nümayǝndǝ heyǝti paytaxt Ankarada daha sonra Baş nazirin müavini Yalçın Akdoğan ilǝ görüş keçirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr