Putin görüşlǝrini başa vuraraq ölkǝsinǝ qayıdıb

Әrdoğan vǝ Putin arasında keçirilǝn görüşdǝ iki ölkǝ arasındakı ǝlaqǝlǝr, enerji sahǝsindǝki ǝmǝkdaşlığın güclǝndirilmǝsi, Suriya vǝ İraqdakı vǝziyyǝt müzakirǝ edilib.

210876
Putin görüşlǝrini başa vuraraq ölkǝsinǝ qayıdıb

Putin görüşlǝrini başa vuraraq ölkǝsinǝ qayıdıb
Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan vǝ Rusiya prezidenti Vladimir Putin arasında keçirilǝn görüşdǝ iki ölkǝ arasındakı ǝlaqǝlǝr, enerji sahǝsindǝki ǝmǝkdaşlığın güclǝndirilmǝsi, Suriya vǝ İraqdakı vǝziyyǝt müzakirǝ edilib.
Enerji sahǝsindǝ Türkiyǝ ilǝ Rusiya arasında “Cǝnub axını” layihǝsi barǝdǝ ön saziş imzalanıb. Ayrıca enerji sahǝsindǝ iki ölkǝ arasında yeni addımlar atılmasına dair razılıq da ǝldǝ edilib.
Putin, Türkiyǝnin ölkǝsindǝn satın aldığı tǝbii qazın satış qiymǝtinin 6 faiz aşağı salınacağını açıqlayıb. Bu çǝrçivǝdǝ tǝbii qazın satış miqdarı da 3 milyard kubmetr artırılacaq.
Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan, Suriya mövzusunda fǝrqli yanaşmaların olduğunu lakin ümumilikdǝ mǝsǝlǝnin hǝllini tapması baxımından hǝmfikir olduqlarını bildirib.
Terrorla mübarizǝdǝ ortaq mövqǝ ortaya qoyulmasının vacibliyini dilǝ gǝtirǝn Әrdoğan, terrorla mübarizǝdǝ Rusiya vǝ İran ilǝ birgǝ addımlar atıla bilǝcǝyini qeyd edib.
Suriyadakı böhrana icazǝ verilmǝmǝsi barǝdǝ Türkiyǝ ilǝ hǝmfikir olduqlarını bildirǝn Putin isǝ deyib ki, İraqda olduğu kimi terror tǝşkilatlarının bölgǝni ǝlǝ keçinmǝsini istǝmirik.
Baş nazir Әhmǝd Davudoğlu isǝ Putin ilǝ keçirdiyi görüşdǝ, Türkiyǝ-Rusiya ǝlaqǝlǝrinin tarixi ǝhǝmiyyǝt daşıdığını vǝ gǝlǝcǝkdǝ dǝ nümunǝ olacağını qeyd edib.
Putin dǝ, “Dünyada baş verǝn hadisǝlǝrǝ dair mövqelǝrimizdǝ fǝrqliliqlǝr ola bilǝr amma qarşılıqlı mǝnfǝǝtlǝrimiz o qǝdǝr dǝrindir ki, ǝmǝkdaşlığımızı inkişaf etdirmǝkdǝn başqa şansımız yoxdur,” deyib.
Türkiyǝdǝki görüşlǝrini başa vuran Putin, Türkiyǝdǝn ayrılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr