İraq’da yenə qan tökülüb

Dünən ölkə səthində yaranan şiddət hadisələrində 100 nəfər həlak olub

114273
İraq’da yenə qan tökülüb

İraq’da yenə qan tökülüb.
Dünən ölkə səthində yaranan şiddət hadisələrində 100 nəfər həlak olub. İŞİD terror təşkilatının Musul’da aralarında Kürd və Şiə Türkmənlərin də olduğu 70 nəfəri gülləbaran edərək qətlə yetirib.
Kürdüstan Demokratik Partiyası’nın məsulu meyidlərin Musul’da ekskavatorlarla qazılan kütləvi qəbirdə basdırıldıqlarını söyləyib.
Bağdad’da içinə bomba doldurulan bir maşın partladılıb və hadisədə 12 nəfər həlak olub, 30 nəfər də yaralanıb.
Ölkənin müxtəlif yerlərində İŞİD ilə güvənlik qüvvələri arasındakı toqquşmalar davam edir. İraq ordusu ilə ABŞ təyyarələri İŞİD’in nəzarətindəki bəzi yerlərə hücum çəkib. İraq ordusu Fəllucə’yə toplarla rastgələ tulladığı bombalarla aralarında uşaqların da olduğu 18 nəfər həlak olub. Şəhərdə İŞİD ilə təhlükəsizlik qüvvələri arasında yaranan toqquşmada İŞİD’in 14 terrorçusu məhv edilib. Digər tərəfdən aralarında intihar hücumçusu olan dörd nəfər İŞİD terrorçusu Diyala’da güvənlik qüvvələri və peşmərgələr tərəfindən məhv edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr