İraq’da məzhəblərarası şiddət hadisələri davam edir

Şiə partizanlar, Sünnülərin getdiyi camiyə daxil olaraq camaatı gülləbaran edərək 68 nəfəri qətlə yetirib

100613
İraq’da məzhəblərarası şiddət hadisələri davam edir

İraq’da məzhəblərarası şiddət hadisələri davam edir.
Diyala bölgəsində Şiə partizanlar, Sünnülərin getdiyi camiyə daxil olaraq camaatı gülləbaran edərək 68 nəfəri qətlə yetirib.
İraq’da məzhəbi gərginliği tarım çəkən hadisə Bağdad’ın 120 kilometr şimalşərqindəki İmam Veyiz kəndində yaranıb.
İraq’dakı Şiələrin nüfuzlu din xadimi Ayətullah Əli əl Sistani hökumətin yaradılması fəaliyyətlərinin tezliklə başa çatdırılmasının labüdlüyünə işarə edib. Sistani, bütün qrupların aradakı inancla bağlı fərqlərə fikir verməmələrinin vacibatına xüsusilə işarə edib.
Digər tərəfdən Musul, Tikrit, Bakuba, Təlafər şəhərləri ilə Ənbar’ın bəzi qəsəbələrində İŞİD ilə İraq ordusu arasındakı toqquşmalar nəticəsində 1 milyon 200 min nəfər qaçqın vəziyyətinə düşüb.
Amerikan Başqərargah Rəisi Martin Demsey isə yaydığı bəyanatında; İŞİD’in məhv edilməsinin yeganə yolunun Suriyə’dəki mərkəzə əməliyyat həyata keçirərək oranı məhv etmək olduğunu söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr