Qəzzə’də üç günlük atəşkəs elan olunub.

Atəşkəs qərarı bu səhər vaxtı saat 8’dən tutmuş qüvvəyə minib və 72 saat davam edəcək.

75805
Qəzzə’də üç günlük atəşkəs elan olunub.

Qəzzə’də üç günlük atəşkəs elan olunub.
Atəşkəs qərarı bu səhər vaxtı saat 8’dən tutmuş qüvvəyə minib və 72 saat davam edəcək.
BMT Başkatibi Ban Ki-Moon və ABŞ Dövlət Katibi John Kerry, İsrail ilə Həmas arasında üç günlüyünə atəşkəs üçün razılıq əldə edildiğini bildirib.
Moon və Kerry’nin yaydığı ortaq yazılı açıqlamada deyilib:
BMT’nin nümayəndəsi və Özəl Koordinator Robert Serry iki tərəfdən də üç günlüyünə şərtsiz atəşkəs barədə zəmanət alıb. Bu müddət ərzində Qəzzə’də yaşayan xalqın təcili ehtiyacları ödənəcək, cənazələr dəfn olunacaq, yaralılar müalicə ediləcək və yeyinti-ərzaq malları təmin ediləcək. Həmçinin elektrik və su şəbəkəsindəki xəsarət də bu prosesdə təmir olunacaq.
Digər tərəfdən Həmas da İsrail ilə aralarında 72 saatlığına atəşkəs əldə edildiyini bildirib. Həmas’ın Sözçüsü Əbu Zühri Anadolu Xəbərlər Agentliği’nə verdiyi xüsusi açıqlamasında deyib: BMT’nin vasitəçiliği ilə İsrail’lə üç günlük atəşkəs qərarına yetişdik. İsrail sazişə əməl etdiyi müddətdə Fələstinlilər də ona uyğun hərəkət edəcəklər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr