Əhməd Davudoğlu bəyanat yayıb.

Davudoğlu, "Atəşkəsin davamlı olması və axan qanın dayanması üçün işə davam edəcəyik" deyə bildirib.

75798
Əhməd Davudoğlu bəyanat yayıb.

Xarici İşlər naziri Əhməd Davudoğlu, Həmas ilə İsrail arasında üç günlük atəşkəs elan edilməsi ilə bağlı "Atəşkəsin davamlı olması və axan qanın dayanması üçün işə davam edəcəyik" deyə bildirib.
Davudoğlu, Twitter sosial şəbəkəsində verdiyi açıqlamada, atəşkəslə bağlı Amerika Birləşmiş Ştatları Dövlət Katibi Jon Kerry və Qətər xarici işlər naziri Xalid bin Məhəmməd əl-Ətiyyə ilə danışdığını bildirib.
Xarici İşlər naziri, Həmasın Siyasi Büro rəhbəri Xalid Məşəl və Atiyyə ilə telekonfrans reallaşdıraraq, atəşkəsə dair son detalları nəzərdən keçirdiklərini qeyd edib.
Davudoğlu, səy sərf edən Kerry, Atiyyə və Məşələ təşəkkür edərək, "Atəşkəsin davamlı olması və axan qanın dayanması üçün işə davam edəcəyik. Böyük təxribatlar olan Qəzzanın yenidən abadlığı və yaraların müalicəsi ilk planda həll edilməli məsələdir" deyə bildirib.
Qeyd edək ki, Türkiyə, Qəzzə’dəki faciənin dayandırılması üçün diplomatik səylərini davam etdirir.
İsrailin hərbi əməliyyatlarını dərhal dayandırması və atəşkəs üçün tərəflərlə danışıqlar aparılmasını təklif edən rəsmi Ankara, İslam Əməkdaşlıq Təşkilatını və BMT İnsan Haqları Şurasını fövqəladə yığıncağa çağırmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr