Vurulan Maleyziya təyyarəsi ilə bağlı mübahisələr davam edir.

Ukrayna'da 2 həftə əvvəl vurulub salınan Maleyziya təyyarəsi ilə bağlı mübahisələr davam edir.

71709
Vurulan Maleyziya təyyarəsi ilə bağlı mübahisələr davam edir.

Ukrayna'da 2 həftə əvvəl vurulub salınan Maleyziya təyyarəsi ilə bağlı mübahisələr davam edir. Maleyziya Başnaziri Nəcip Rəzak Hollandiya'ya getmək qərarına gəlib.
Maleyziya Başnaziri, təyyarənin nə cür vurulub salındığı ilə bağlı sorğu-sualı yeridən 30 nəfərlik ekibin hadisə yerinə getməsi və onlar üçün həyata keçiriləcək təhlükəsizlik tədbirləri ilə bağlı görüşlər keçirəcək.
Rəzak, meyidlərin təhvil alınması və təyyarənin dağıntılarının olduğu bölgəni nəzarəti altında saxlayan Rusiya tərəfdarlarının irəli sürdüğü şərtlərin yerinə yetirildiğini bildirib.
Təyyarənin vurulub salınmasından Rusiya’nı məsul tutan Amerikan idarəsi, Rusiya Federasiyası üçün həyata keçirilən sanksiyaların genişləndirilməsi barədə Avropa Birliği və Böyük 7’lər adlanan ölkələrlə təmasdadır.
ABŞ Prezidentinin müavini Joe Biden, Ukrayna’da sabitsizlik yaratmaq cəhdində olan Rusiya’nın məsuliyyətsiz hərəkət etdiğini irəli sürərək sankiyaların genişləndiriləbiləcəğini söyləyib.
Digər tərəfdən meyidlərin çıxarılması və təyyarənin dağıntılarının götürülməsi toqquşmaların kölgəsində yeridilir.
Təyyarənin tapılan qara qutusu tədqiq ediləcəkdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr