Qəzzə’də atəşkəs yaranıb.

Qəzzə’də toqquşan tərəflər 12 saatlığına hücumlarını dayandırmaq qərarına yetişib.

71095
Qəzzə’də atəşkəs yaranıb.

Qəzzə’də toqquşan tərəflər 12 saatlığına hücumlarını dayandırmaq qərarına yetişib.
Müvəqqəti atəşkəs Türkiyə vaxtı ilə səhər 7 radələrində başlayıb.
ABŞ Dövlət Katibi John Kerry atəşkəs cəhdləri səbəbiylə getdiği Misir’in paytaxdı Qahirə’də yaydığı açıqlamasında deyib: 7 günlük atəşkəs barədə cəhd göstərilir, ancaq əvvəlliklə tərəflər arasında qarşılıqlı etimad yaradılmalıdır.
Misir Xariciişlər Naziri Sameh Şükrü də atəşkəs üçün uzlaşılası birçox mövunun mövcudluğunu, yegânə məqsədlərinin Qəzzə’dəki xalqın Ramazan Bayramı’nı hərhansı təhlükədən azadə bir atmosferdə keçirməsini təmin etmək olduğunu söyləyib.
Lakin İsrail, John Kerry’nin əhatəli atəşkəs təklifinin şərtlərinin özlərini qane etmədiğini və dəğişdirilməsinin vacib olduğunu irəli sürərək qəbul etməyib.
İsrail, bugün səhər-səhər saat 7’dən tutmuş 12 saat müddətində hücumlarını dayandıracağını açıqlayıb. Həmas da buna əməl edəcəğini bildirib.
Digər tərəfdən Fransalı diplomatik mənbələr Türkiyə, ABŞ, İngiltərə, Almaniya, İtaliya, Avropa Birliği və Qatar’ın nümayəndələrinin bugün Paris’də atəşkəs görüşlərini müzakirə edəcəğini bildirib.
Qatar’a gedən Xariciişlər Naziri Əhməd Davudoğlu da Qatarlı həmkarı Attiyah ilə Həmas’ın lideri Xalid Meşal ilə görüş keçirərək atəşkəs məsələsini müzakirə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr