Əroğlu ilə Anastasiadis ara məntəqədə görüş keçirib.

Dərviş Əroğlu ilə Rum Tərəfinin Lideri Nikos Anastasiadis Qıbrıs Müzakirələri çərçivəsində ara məntəqədə görüş keçirib.

70503
Əroğlu ilə Anastasiadis ara məntəqədə görüş keçirib.

Qüzey Qıbrıs Türk Cümhuriyyəti Cümhurbaşqanı Dərviş Əroğlu ilə Rum Tərəfinin Lideri Nikos Anastasiadis Qıbrıs Müzakirələri çərçivəsində ara məntəqədə görüş keçirib.
Liderlər görüşdən qabaq İtkin Düşənlər Komitəsinin Antropoloji Laboratoriyası’na baş çəkib.
Qıbrıs probleminin həlli üçün yeridilən müzakirələrdə iki liderin yekdil olduğu mövzulardan ilki İtkin Düşənlər Komitəsi’nin fəaliyyətlərinə dayaq verilməsi idi. Bu yolda ilk müsbət addım götürülüb. İki lider laboratoriyaya gedərək aparılan işlər barədə məlumat alıb.
Liderlərin ziyarətindən sonra İtkin Düşənlər Komitəsi’nin üçüncü üzvü Paul Henry Arni bir açıqlama yayaraq liderlərə itkin ailələr adına öz təşəkkürünü bildirib.
İtkin düşən mindən artıq şəxs barədə hələ də hərhansı məlumat əldə ediləbilmədiyinə işarə edən Arni, komitənin büdcəsinin artırılmasını istəyib.
İki lider daha sonra müzakirələr çərçivəsində görüş keçirib və görüş təqribən üç saat çəkib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr