Qəzzə’də zəfər yürüşü üçün kütləvi reaksiya göstərin

Həmas, Qərbi Şeria’da yaşayan Fələstinlilərə, “Qəzzə’də zəfər yürüşü üçün kütləvi reaksiya göstərin” deyə çağırış edib.

70369
Qəzzə’də zəfər yürüşü üçün kütləvi reaksiya göstərin

Həmas, Qərbi Şeria’da yaşayan Fələstinlilərə, “Qəzzə’də zəfər yürüşü üçün kütləvi reaksiya göstərin” deyə çağırış edib.
Həmas’ın sözçüsü Fevzi Bərhum yazılı açıqlamasında deyib: Qərbi Şeria’da yaşayan xalqımızı Qəzzə’də zəfər çalmaq üçün kütləvi müqavimətə və düşmənimiz İsrail ilə yeridiləcək hər cürə mübarizəyə səsləyirik.
Qəzzə’yə dayaq vermək məqsədiylə “48 Minlik Yürüş” sərlövhəsiylə Ramallah’dan yola düşən minlərlə Fələstinli Qüds’ə çatmaq məqsədiylə Kalendiya’dakı posta çatıb, İsrail hərbçiləri ilə Fələstinlilər arasında toqquşma yaranıb. İsrail hərbçiləri nümayişçiləri dağıtmaq üçün gözyaşardan qazdan istifadə edib və su buraxıb, sonra da nümayişçilərin üstünə güllə yağdırıb. Hadisədə iki Fələstinli həlak olub, 5’i ağır olmaqla 200 nəfər yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr