Atəşkəsi biz də arzulayırıq, ancaq Qəzzə’dəki blokadanın götürül

Həmas’ın Qatar’dakı siyasi lideri Xalid Meşal açıqlama verib.

69993
Atəşkəsi biz də arzulayırıq, ancaq Qəzzə’dəki blokadanın götürül

Atəşkəsi biz də arzulayırıq, ancaq Qəzzə’dəki blokadanın götürülməsi şərti ilə.
Bunu Xalid Meşal deyib.
Həmas’ın Qatar’dakı siyasi lideri Xalid Meşal verdiği açıqlamasında işarə edib ki; İsrail, Qəzzə’ni 8 ildir blokadada saxlayır, blokada götürülməli və Misirlə Rifah arasındakı qapı açılmalıdır.
İsrail, Fələstinliləri qırmaqdan əl çəkmir. Dünən Qəzzə’də BMT’yə məxsus bir məktəbi bomba ilə yerlə yeksan edən İsrail ordusu gecə yarısı da Qərbi Şeria’da nümayiş təşkil edən Fələstinlilərə hücum çəkərək üç nəfəri qətlə yetirib. Bunlarla da həlak olan Fələstinlilərin sayı 797’yə çatıb.
Dünya, uluslar arası qurumlardan İsrail’in bu əməllərinə reaksiya göstərməsini gözləyərkən İsrail BMT’nin Fələstinli Mültəcilərə Yardım Qurumu’nun Qəzzə’dəki məktəbinə bomba yağdırıb. Hadisədə əksəriyyəti uşaq olmaqla ondan artıq insan həlak olub, azı 200 nəfər də yaralanıb. İsrail ordusu digər tərəfdən Qəzzə’də törədilən qırğından öz etirazını bildirən Fələstinlilərə hücum çəkərək üç fələstinlini qətlə yetirib.
İşğal bölgəsində isə toqquşmalar davam edir. Həmas, Qəzzə’nin müxtəlif yerlərində yaranan toqquşmalarda 8 İsrail hərbçisinin həlak olduğunu açıqlayıb. İsrail ordusu da üçü axırıncı toqquşmalarda olmaqla cəmisi 32 hərbçilərinin həlak olduğunu bildirib.
BMT İnsan Huquqları Cəmiyyəti, İsrail’in Qəzzə’də hərbi cinayət işləyəbiləcəğini bildirib. Qurumdan yayılan açıqlamada deyilib: Sahildə oynayan uşaqlar və xəstəxanalar hədəf götürülür, uluslar arası huququn ixlal edilib edilmədiğini araşdırmaq üçün bir komissiya yaradılması qərarına yetişilib.
ABŞ Dövlət Katibi John Kerry də “atəşkəslə bağlı ümidim getdikcə zəifləyir, bölgədən ayrılacağam” deyə açıqlama verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr