Ruhaninin şǝrǝfinǝ Çankaya Köşkündǝ qonaqlıq
Dövlǝt başçısı Abdullah Gül, İran prezidenti Hǝsǝn Ruhaninin şǝrǝfinǝ Çankaya Köşkündǝ qonaqlıq verib.
Dövlǝt başçısı Abdullah Gül, İran prezidenti Hǝsǝn Ruhaninin şǝrǝfinǝ Çankaya Köşkündǝ qonaqlıq verib.
Gül, qonaqlıqdan öncǝ açıqlama vǝrǝrǝk deyib ki, tǝbii vǝ bǝşǝri qaynaqlarımızdan iki ölkǝnin inkişafında istifadǝ etmǝliyik. İki ölkǝ ǝlaqǝlǝrinin yaxın bir dialoq içǝrisindǝ inkişaf etmǝsi bölgǝnin dincliyi vǝ sabitliyi baxımından önǝmlidir.
Bölgǝdǝ yaşanan hadisǝlǝrǝ dǝ toxunan Gül, Suriyadakı faciǝnin tǝcili başa çatdırılması, İraqda sabitliyin yaranması, terror vǝ mühacir mǝsǝlǝsinin hǝll edilmǝsi, Fǝlǝstin probleminin Orta Şǝrq sülh prosesi çǝrçivǝsindǝ ǝdalǝtli vǝ daimi bir hǝllǝ qovuşdurulması hamımızın sǝmimi şǝkildǝ ǝmǝkdaşlıq etmǝsi ilǝ mümkün olacaqdır.
Qonaq prezident Hǝsǝn Ruhani dǝ, İran vǝ Türkiyǝnin bölgǝnin idarǝ edilmǝsindǝ ciddi bir islami mǝsuliyyǝti olduğunu hiss etdiklǝrini deyib.
Ruhani iki ölkǝ arasındakı ǝlaqǝlǝrin, bölgǝnin siyasi, iqtisadi vǝ sosial cǝhǝtdǝn inkişafına dayaq olacağını vurğulayıb.
Әlaqәli Xәbәrlәr
Brüssel ilin son zirvǝ yığıncağına ev sahibliyi edir
Belçikanın paytaxtı Brüssel 2015-ci ilin son liderlǝr zirvǝsinǝ ev sahibliyi edir.