Suriya Türkmәn Mәclisinin İkinci Şura toplantısı

Suriya Türkmәn Mәclisinin İkinci Şura toplantısı ötәn gün Ankarada başlayıb.

65137
Suriya Türkmәn Mәclisinin İkinci Şura toplantısı

Suriya Türkmәn Mәclisinin İkinci Şura toplantısı ötәn gün Ankarada başlayıb.

Toplantıda Türkmәn Mәclisinə sәdri seçilәcәk.

Suriya müxalifәti tәrәfindәn dә dәstәklәnәn Türkmәn mәclisinin toplantısına Suriya Milli Kolisiyasının sәdri başda olmaqla Suriya müxalifәtinin tanınmış rәhbәrlәri qatılıb.

Türkiyәnin Xarici İşlәr naziri Әhmәd Davudoğlu da suriyalı Türkmәnlәri yalnız buraxmayaraq toplantıda çıxış edib.

Nazir deyib ki, bütün suriyalılar Türkiyənin Suriya xalqının mübarizәsindә uğur əldə edilənədək bütün imkanları ilə dәstәyini davam etdirәcәyini bilməlidir. Әhalisinin 3 milyon yarımı qaçqın olan, 6 milyon yarımı isә öz ölkәsindә evini tәrk edәrәk başqa bölgәlәrә qaçan Suriyada, Bəşər Әsəd rejiminin seçkiyə hazırlaşması yolverilməz haldır.

Nazir Türkiyәnin diplomatik sәylәrinin bundan sonra da davam edәcәyini bildirәrәk BMT Tәhlükәsizlik Şurasının tәqribәn 3 ay öncә qәbul etdiyi qәrara baxmayaraq, rejimin Suriyaya yardım maşınlarının girmәsinә icazә vermәdiyini qeyd edib.

Davudoğlu Suriya Türkmәnlәrinә birlikdə addımlamağı məsləhət görərərk onlardan hәm Türkiyә, hәm dә dünya miqyasında sәylәrini artırmalarını istәyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr