“Türkiyənin ilk Milli Müşahidə Radarı sınaqdan uğurla keçdi”, Ə.Uraloğlu

Nazir etdiyi yazılı şərhdə bildirib ...

2103918
“Türkiyənin ilk Milli Müşahidə Radarı sınaqdan uğurla keçdi”, Ə.Uraloğlu

 

  Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu ölkə mühəndisləri tərəfindən hazırlanan ilk yerli və milli mülki müşahidə radarının sahə qəbulunun uğurla həyata keçirildiyini və Qaziantep Hava Limanında xidmətə hazır olduğunu bildirib.

  Nazir etdiyi yazılı şərhdə strateji yeri ilə təyyarələri aşkar edərək xidmət verəcək Milli Müşahidə Radarının (MGR) Türkiyə hava məkanında sıx hava hərəkətini təhlükəsiz və əmniyyətli davam etdirən dispetçerlərin hava hərəkətinin idarə edilməsi proqramına uğurla köçürüləcəyini söyləyərək deyib: “Bu proqram çərçivəsində fərqli bölgələrdə qurulması hədəflənən sistemlə 1 milyon kvadrat kilometrlik Türkiyə hava sahəsinin hamısı milli və yerli vasitələrlə izlənilə biləcək.

  Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) tövsiyələrinə uyğun olaraq hazırlanmış MGR Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) bütün standartlarına cavab verir.

  MGR-nin yerli sistem və milli istehsal olması Türkiyə aviasiya texnologiyası inkişafına böyük töhfə olmaqla hava hərəkətinin təhlükəsiz idarə olunması, nəzarət xidmətlərinin səmərəliliyinin artırılması və xaricdən asılılığın azalmasına gətirib-çıxaracaq”.



Әlaqәli Xәbәrlәr