Saturnun Mimas peykinin buzla örtülmüş səthinin altında böyük bir okean ola bilər
Planetdəki dəyişiklikləri təhlil edən tədqiqatçılar Mimasın buzla örtülmüş səthindən 20-30 kilometr aşağıda böyük okean ola biləcəyini qeyd ediblər.
Saturnun Mimas peykinin buzla örtülmüş səthinin altında böyük bir okean ola bilər.
Fransa, Çin və Böyük Britaniyadan olan tədqiqatçılar 2017-ci ildə Saturnu və onun peyklərini 10 ildən çox təhlil edən ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Cassini-Huygens" kosmik gəmisinin müşahidələrini müzakirə ediblər.
Planetdəki dəyişiklikləri də təhlil edən tədqiqatçılar Mimasın buzla örtülmüş səthindən 20-30 kilometr aşağıda böyük okean ola biləcəyini qeyd ediblər.
Tədqiqatın müəlliflərindən Valeri Lainey, ən əhəmiyyətli tapıntının Mimasda bir okeanın olması ehtimalı olduğunu ifadə edib.
Tədqiqatın təfərrüatları "Nature" jurnalında dərc olunub.
Әlaqәli Xәbәrlәr
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb