Gezeravcı kosmosda yemək yeyərkən fotosunu paylaşdı

Türkiyenin ilk astronavtı Alper Gezeravcı Axiom-3 (Ax-3) missiyasının rəhbəri Maykl Lopez-Alegria ilə nahar etdiyi anın görüntüsünü paylaşıb.

2093811
Gezeravcı kosmosda yemək yeyərkən fotosunu paylaşdı

Türkiyenin ilk astronavtı Alper Gezeravcı "Axiom-3" (Ax-3) missiyasının rəhbəri Maykl Lopez-Alegria ilə nahar etdiyi anın görüntüsünü paylaşıb.

Gezeravcı paylaşımı “X” sosial media hesabından edib.

“Komandir Maykl ilə Beynəlxalq Kosmos Stansiyasında şam yeməyi keyfi”, – deyə astronavt paylaşıma başlıq yazıb.

Lopez-Alegria da eyni mesajı paylaşaraq, “Türkiyenin ilk astronavtı ilə BKS-də yemək kefi!” deyib.

Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır da bu postdan sitat gətirərək, "Nuş olsun" deyib.

BKS-də işini davam etdirən Alper Gezeravcı bu gün sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ilə görüşəcək.

Kacırı Aviasiya, Kosmos və Texnologiya Festivalı (Teknofest) yarışmacıları da müşayiət edəcək.

Qeyd edək ki, Türkiyenin ilk kosmos sərnişini Alper Gezeravcının da olduğu "SpaceX" kosmik gəmisi 19 yanvarda NASA-nın Floridadakı Kennedy Kosmik Mərkəzindən buraxılıb.



Әlaqәli Xәbәrlәr