"Türksat 5A" peyki Yer kürəsini 1096 dəfə dövr edib

"Türksat 5A" peyki 3 illik xidmət səfəri çərçivəsində Yer kürəsini 1096 dəfə dövr edib.

2086371
"Türksat 5A" peyki Yer kürəsini 1096 dəfə dövr edib

"Türksat 5A" peyki 3 illik xidmət səfəri çərçivəsində Yer kürəsini 1096 dəfə dövr edib.

"Türksat" səhmdar şirkətindən verilən açıqlamaya görə, 2017-ci ildə imzalanan müqavilədən sonra AIRBUS-un Fransadakı obyektlərində istehsalı tamamlanan və 2021-ci il  yanvarın 8-də "Space X" firmasının ABŞ-ın Florida ştatının Kanaveraloakı fırlatma qərargahından kosmosa göndərilən "Türksat 5A" Türkiyenin ilk 5-ci nəsil peyki olub. 

"Türksat 5A" Türkiyeni yeni Ku-Band istifadə edən aparıcı ölkələr liqasına gətirdi və televiziya yayımı və kommunikasiya xidmətlərində əhatə dairəsini artırdı.

Təxminən 3500 kiloqram buraxılış kütləsi olan "Türksat 5A" xidmətə verildiyi ilk gündən geostasionar rabitə peyki olaraq 3 illik səyahətində Yer ətrafında 1096 dəfə dövr etdi.

"Türksat 5A" peykinin istifadə etdiyi elektrik hərəkət sistemi ilə peykin ömrü 35 ili keçdi.

Bu yolla "Türksat 5A" 2056-cı ilə qədər Türkiyenin 31 dərəcə Şərq orbitində tezlik və orbit hüquqlarını təmin etdi.

Bundan əlavə, yeni nəsil “elektrik hərəkət sistemi”nin istifadəsi sayəsində peykdə tələb olunan yanacağın miqdarı azalmış, bu azalan kütləni digər tələb olunan avadanlıqlarla əvəz etməklə peykin tutumu xeyli artmışdır.

"Türksat 5A" Orta Şərq və Şimali Afrika (MENA) bölgəsində yayım sahəsində maraqla qarşılandı.

Həmin zamanda Mavi vətəndə və beynəlxalq dəniz fəaliyyətləri çərçivəsində mobil sistemlər vasitəsilə fasiləsiz əlaqə üçün də istifadə olunur.

"Türksat 5A" ilə xüsusilə xarici bazarda effektiv həll yolları təklif edilməyə başlandı.

Səudiyyə Ərəbistanında yerləşən "Arabsat Peyk Operatoru" başda olmaqla bir çox şirkət "Türksat 5A"-dan xidmət alarkən, "Türksat" peykinə əhəmiyyətli ixrac gəliri təmin edildi.



Әlaqәli Xәbәrlәr