BMT Türkiyenin dəstəyi ilə ilk radioterapiya cihazını Suriyaya göndərib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyenin dəstəyi ilə ilk radioterapiya cihazının Suriyanın şimal-qərbinə göndərildiyini açıqlayıb.

2046001
BMT Türkiyenin dəstəyi ilə ilk radioterapiya cihazını Suriyaya göndərib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyenin dəstəyi ilə ilk radioterapiya cihazının Suriyanın şimal-qərbinə göndərildiyini açıqlayıb.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) məsələ ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada bunun Suriyanın şimal-qərbində xərçəng müalicəsi üçün "böyük" bir addım olduğu vurğulanıb və bölgədə radiasiya seansları üçün imkan olmadığı və suriyalı xərçəng xəstələrinin Türkiyöyə göndərildiyi xatırladılıb.

Açıqlamada "İlk radioterapiya cihazı Suriyanın şimal-qərbinə göndərilib. Bu, BMT tərəfdaşları və Türkiyö hökumətinin dəstəyi ilə həyata keçirilib" deyilib. 
Açıqlamada cihazın gündə 40 radioterapiya seansı yerinə yetirmək gücündə olduğu, cihazın Afrinin ən böyük xəstəxanasında quraşdırıldığı və quraşdırılması tamamlandıqdan sonra bölgədəki xərçəng xəstələrinin üçdə birinin müalicəsini təmin edə biləcəyi qeyd edilib.

Açıqlamada fevral ayında baş verən zəlzələlərdən sonra bölgədə xərçəng xəstəliyinin artdığı və daha çox dəstəyə ehtiyac olduğu vurğulanıb.

Açıqlamada "Türkiye səhiyyə işçiləri texniki və onkoloqlarla birlikdə cihazın 1 il müddətində fəaliyyət göstərməsinə dəstək verəcək və suriyalı səhiyyə işçilərinə təlim keçəcək" deyilib.



Әlaqәli Xәbәrlәr