“UFO-ların Yerdən kənar mənşəli olduğuna dair heç bir dəlil tapılmadı, lakin…”

Müstəqil şəkildə yaradılmış və 16 nəfərdən ibarət idarə heyəti təxminən bir illik araşdırmadan sonra 33 səhifəlik hesabat açıqlayıb

2037970
“UFO-ların Yerdən kənar mənşəli olduğuna dair heç bir dəlil tapılmadı, lakin…”

 

  Amerika Birləşmiş Ştatlarının (ABŞ) Milli Aeronavtika və Kosmik Agentliyinin (NASA) yaratdığı və xalq arasında UFO kimi tanınan naməlum uçan cisimləri araşdırmaq üçün yaradılan komitə UFO-ların kosmosdan gəldiyinə dair heç bir dəlil olmadığını bildirib.

  Müstəqil şəkildə yaradılmış və 16 nəfərdən ibarət idarə heyəti təxminən bir illik araşdırmadan sonra 33 səhifəlik hesabat açıqlayıb.

  NASA rəsmisi Bill Nelson hesabatla bağlı mətbuat konfransında çıxışında deyib: “İdarə heyəti UFO-ların Yerdən kənar mənşəli olduğuna dair heç bir dəlil tapmadı. Lakin sözügedən obyektlərin nə olduğu da bilinmir.  

  NASA-nın missiyası bu naməlum obyektləri öyrənməkdir. Araşdırmalar davam edəcək və yeni nəticələri də şəffaf şəkildə paylaşacağıq.

  Bizim məqsədimiz UFO-larla bağlı müzakirələri sensasiyadan elmə çevirməkdir. UFO-larla bağlı mənfi qavrayış məlumatların toplanmasına maneə yaradır.

  Milyardlarla qalaktika və ulduzun olduğu kosmosda bəlkə başqa həyat da vardır”.

  NASA oktyabrın 20-də xalq arasında UFO kimi tanınan naməlum hava obyektlərini araşdırmaq üçün Prinston Universitetinin professoru Devid Spergelin sədrliyi ilə akademik, hərbi və özəl şirkətlərin başçılarından ibarət müstəqil şura yaradıb. Heyətin təxminən bir il davam edən işinin dəyəri 100 min dollara yaxın olub.



Әlaqәli Xәbәrlәr