"James Webb" teleskopu İfrat yenu ulduzun görüntülərini qeydə alıb

"James Webb" teleskopu "Supernova 1987A (SN1987A)" göy cismin yeni təfərrüatlı şəkillərini qeydə alıb.

2033175
"James Webb" teleskopu İfrat yenu ulduzun görüntülərini qeydə alıb

Amerika Birləşmiş Ştatlarının Aeronavtika və Kosmik Agentliyinin (NASA) "James Webb" teleskopu 1987-ci ildə kəşf edilən Böyük Magellan Buludunda mirvari boyunbağıya bənzəyən "Supernova 1987A (SN1987A)" göy cismin yeni təfərrüatlı şəkillərini qeydə alıb.

NASA-nın açıqlamasında bildirilir ki, elm adamları "James Webb" teleskopunun məlumatlarını araşdıraraq, daha əvvəl "Hubble" teleskopu tərəfindən fotoşəkili çəkilən və 168 min işıq ili uzaqlıqda yerləşən SN1987A görüntüsündə yeni detallar aşkar ediblər.

Bildirilib ki, "James Webb"in yaxın infraqırmızı kamerası (NIRCam) ilə aparılan yeni müşahidələr, zamanla İfrat yeni ulduzun necə inkişaf etdiyi və qalıqlarını necə formalaşdırdığı barədə mühüm məlumatlar verir.

Bildirilib ki, SN1987A-nın mərkəzində İfrat yeni ulduzun (Supernova) partlayışı nəticəsində yaranan çoxlu açar dəliyi şəklində qaz və toz var.

Qeydə alınmış "Webb" görüntüsündə mərkəzi açar dəliyi partlayış nəticəsində yayılan iki aypara şəkilli qaranlıq maddə ilə əhatə olunub və xaricdə elliptik, qum saatı formalı xarici halqaların iki solğun qolunu birləşdirən parlaq, ekvatora bənzər zolaq var. 

Supernova partlayışından on minlərlə il əvvəl xariçə çıxarılan materialdan ibarət olan ekvator halqasında ifratnovanın şok dalğası halqaya dəydikdə yaranan parlaq mirvari-boyunbağı kimi qaynar nöqtələr var.

Supernova zərbələrinin daha uzaq materiala dəydiyi ekvator halqasının xaricində mirvari boyunbağının ikinci halqası kimi görünən digər parlaq ləkələr var.

SN1987A-nın NASA-nın "Hubble" və "Spitzer" kosmik teleskopları və "Çandra X" şüaları rəsədxanası tərəfindən də müşahidə edildiyi vurğulanıb, lakin "Webb" teleskopunun görüntüsündə bu İfrat yeni ulduzun qalığında kiçik aypara kimi strukturlar aşkar edilib.

Qeyd edilib ki, bu strukturlar supernova partlayışından çıxan qazın xarici təbəqələrinin bir hissəsi ola bilər.

NASA alimləri supernova partlayışlarından sonra əmələ gələn neytron ulduzları ilə bağlı çoxlu naməlum məlumatların olduğunu və "Webb" teleskopunun tapıntıları ilə əlavə məlumatların əldə ediləcəyinə diqqət çəkirlər.



Әlaqәli Xәbәrlәr