“Türkiyə bu mövzuda bütün G20 ölkələri ilə işləməyə hazırdır", M.F.Kaçır
Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih Kacır rəqəmsal təhlükəsizliyin bütün maraqlı tərəflər və ölkələr üçün əsas prioritet olduğunu söyləyib
Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih Kacır rəqəmsal təhlükəsizliyin bütün maraqlı tərəflər və ölkələr üçün əsas prioritet olduğunu söyləyib.
Hindistanın Banqalor şəhərində keçirilən G20 Rəqəmsal İqtisadiyyat Nazirləri Toplantısında “Rəqəmsal ictimai infrastruktur”, “Rəqəmsal iqtisadiyyatda təhlükəsizlik və rəqəmsal bacarıqlar” başlıqlı sessiyalarda iştirak edən türkiyəli nazir Türkiyənin rəqəmsal ictimai infrastruktur, rəqəmsal iqtisadiyyatda təhlükəsizlik və rəqəmsal bacarıqlar sahələrində gördüyü işlərdən danışaraq deyib: “Rəqəmsal təhlükəsizlik bütün maraqlı tərəflər və ölkələr üçün əsas prioritetdir… Təhlükəsizlik təhdidlərinin qarşısının alınması və azaldılması üçün birgə səyin zəruri olduğuna inanırıq. Etibarlı, təhlükəsiz və davamlı rəqəmsal iqtisadiyyat yaratmaq üçün bir araya gəlməliyik. Türkiyə təhlükəsiz və davamlı rəqəmsal iqtisadiyyat yaratmaq üçün bütün G20 ölkələri ilə işləməyə hazırdır."
Әlaqәli Xәbәrlәr
AMR ölüm hallarını 70 faiz artıra bilər
Nəticələri "The Lancet" jurnalında yayınlanan araşdırmaya görə ...