İngiltərədə 450 min il əvvələ aid dişlər tapıldı

“Fox News”da yer alan xəbərə görə...

2012493
İngiltərədə 450 min il əvvələ aid dişlər tapıldı

 

  İngiltərənin şimalındakı Kembricşirdə (Cambridgeshire) 450 min il əvvələ aid yaxşı qorunmuş mamont dişləri tapılıb.

  “Fox News”da yer alan xəbərə görə, paleontoloq Ceymi Cordan (Jamie Jordan) Kembricşir bölgəsindəki Peterboro (Peterborough) şəhəri yaxınlığında tapılan mamont dişinin "İndiyə qədər yaşamış ikinci ən böyük mamont" olaraq bilinən "Steppe" növünə aid olduğunu bildirib.

  Formasını və bütöblüyünü bu qədər yaxşı qoruyan mamont dişinə ilk dəfə rast gəlinir. Mamontun hündürlüyü 13 fut (təxminən 3,9 metr) və çəkisinin 14 ton olduğunu təxmin edilir.

  Təxminən 120 santimetr uzunluğunda olan mamont dişinin 450.000 il əvvələ aid olduğu deyilir.

  Fosil ətraflı müayinə üçün "Jamie's Fossils Galore" paleontologiya muzeyinə aparılıb.



Әlaqәli Xәbәrlәr